Arxiv
16 Avqust 2021, 10:10 | MƏDƏNİYYƏT
Dörd dəfə həyatına qəsd edilən KATİB 

Bu gün -16 avqust tarixi görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, filologiya elmləri doktoru Şıxəli Qurbanovun doğum günüdür. 

Şıxəli Qurban oğlu 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, 1941-1945-ci il müharibəsinə Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib.
   
1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb.

Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.

Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə Bakının 26 Bakı komissarı (indiki Səbail) rayonu partiya komitəsinin birinci katibi işləyib. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub.

Məlumdur ki, sabiq SSRİ dönəmində sovet imperiyası xalqların əksəriyyətinə milli dəyərləri unutdurmağa, yaddan çıxarmağa cəhd göstərirdi. Mərkəzin təkid və tələbi ilə ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu. İmperiyanın bu ədalətsiz, hegemon qadağasına ilk dəfə barışmaz mövqe tutan, milli adət-ənənəyə sadiq Şıxəli Qurbanov olub.

1967-ci ildə məhz onun təşəbbüsü ilə respublika ərazisində, xüsusilə Bakı şəhərində Novruz bayramı böyük təntənələrlə qeyd olunub. Elə ölümnə səbəb də bu hadisə oldu...

O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov Şıxəli Qurbanova təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi.

Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana rast gəlinməmişdi. Mərkəzi Komitə katibi, şair, dramaturq və elmlər doktoru olan Ş.Qurbanov bu addımı ömrü bahasına atmışdı.

Həyat yoldaşı Xavər Qurbanovanın xatirələrindən: “O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Novruz bayramı qeyd ediləndən sonra Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil”.

Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. Belə də olur...

Həyat yoldaşı Xavər Qurbanınovanın dedikləri: “Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər, alınmayıb...”.
 
Ş.Qurbanovu bəzən gizli, bəzən açıq şəkildə təqib edirdilər. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər onu nəzarətə götürür, izləyir, qarabaqara təqib edirdilər. 

Dördüncü sui-qəsd həyata keçirilir... Bu işi namərd diş həkiminin əlləri ilə gerçəkləşdirirlər...

Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir.

Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: “Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar...”.

Şıxəli Qurbanovun həyat yoldaşı Xavər Qurbanova: “1967-ci ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma mayın 24-də onu aradan götürdülər” .

Mayın 23-də Şıxəli Qurbanov özünün müəllifi olduğu  “Sənsiz” dramının məşqi zamanı zalı yarımçıq tərk etməli olmuşdu, çünki xaricdən qonaqlar gəlmişdi. Şıxəli Qurbanov zaldan gedərkən bu sözləri səsləndirir: ““Sənsiz”ə  mənsiz baxarsız...”. Sanki ölümün artıq onu haqladığı ürəyinə dammışdı.

Mayın 24-də göstərilməli olan tamaşa təxirə salınır. Tamaşaya gələnlərə elan edirlər ki, müəllif rəhmətə gedib. Adamlar eşitdikləri üzücü xəbərdən sonra xəstəxanaya axışır...

Şıxəli Qurbanovun dəfni günü bütün Bakı matəmə batmışdı...

Mərhumun ölümü haqqında tərtib edilmiş tibbi rəydə qeyd edilirdi ki, onun ölümü anafilaktik şok nəticəsində baş verib. Rəyi respublika səhiyyə naziri Fəxri Vəkilov, 4-cü Baş Idarənin rəisi A.Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə bölməsinin müdiri Arif Sultanov, müalicə həkimi Əliağa Əhmədov, Patoloji anatomiya şöbəsinin müdiri K.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkina imzalamışdı.

Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra SSRİ prokurorunun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma həqiqət üzə çıxarılmır. 


Şıxəli Qurbanov Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə Şıxəli Qurbanovun adı verilib.  


Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş direktor rüşvətlə YAXALANDI 20 Oktyabr 2021, 14:44 Şəhidin il mərasimi keçirilib 20 Oktyabr 2021, 14:41 Bahar Muradova bu qanunun qəbuluna qarşı çıxan deputatları TƏNQİD ETDİ 20 Oktyabr 2021, 14:37 Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU 20 Oktyabr 2021, 14:33 Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20