Modern.az

Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO

Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO

Aktual

27 May 2020, 13:28

Bakının mərkəzində yola qoyulan restoran masası ərazidən götürülüb.

Modern.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə çıxan fotolar qurumun əməkdaşları tərəfindən nazarətə götürülüb:

 

"Sosial şəbəkərlərdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsinə masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb. Bakı Nəqliyyat Agentliyinin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır