Modern.az

Ermənilər Qarabağ meşələrində könüllü diversiya qrupları yaradır

Ermənilər Qarabağ meşələrində könüllü diversiya qrupları yaradır

28 May 2020, 11:27

Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

 

Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. Bundan əvvəl, təlimlərin iyunun 12-21 tarixlərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib.

 

Təlimlərdə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi