Arxiv
29 May 2020, 06:13 | AKTUAL
Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin videokonfrans formatında MDB ölkələrinin hökumət başçıları ilə koronavirusun yayılmasına qarşı mübarizə üzrə birgə səyləri müzakirə edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, videokonfransda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edəcək.

 

"Güman edilir ki, hökumət başçıları MDB çərçivəsində qarşılıqlı iqtisadi fəaliyyətin aktual məsələlərinə, həmçinin koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə birgə səylərə diqqət ayıracaqlar", - Rusiya Nazirlər Kabinetinin xəbərində deyilir.

 

MDB hökumət başçılarının şura iclasının gündəliyinə 15 məsələ daxildir. Onlar arasında MDB ölkələrinin ticarət-iqtisadi əməkdaşlığının əsas istiqamətlərini müəyyən edən 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyası layihəsi, həmçinin birləşmə çərçivəsində bir sıra başqa sənədlər var.

 

Videokonfransda kooperasiya və iqtisadi, nəqliyyat-logistika, energetika, mədəni-humanitar sferası üzrə mövzular müzakirə ediləcək. İclasın nəticəsinə görə nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahələrində qarşılıqlı fəaliyyətin inkişafı haqqında birgə sənədlərin qəbulu nəzərdə tutulur.

 

Bu il MDB-yə Özbəkistan sədrlik edir, buna görə iclas həmin ölkənin Baş naziri Abdulla Aripovun sədrliyi ilə keçəcək. A.Aripovdan, M. Mişustindən, Azərbaycanın Baş naziri Əli Əsədovdan başqa iclasda həmçinin, Belarusun hökumət rəhbəri Sergey Rumas, Qazaxıstanın baş naziri Askar Mamin, Moldovanın baş naziri İon Kiku və digər ölkələrin baş nazirləri, hökumət başçılarının müavinləri iştirak edəcəklər. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37