Modern.az

DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq

DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq

30 May 2020, 11:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏSƏMN) DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir.

 

ƏƏSMN-dən Modern.az-a verilən məıumata görə, hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı mərkəzin Qaradağ rayonunu da əhatə etməsi üçün müvafiq hazırlıq işləri aparılır.

 

Yaxın aylarda bu işlər yekunlaşandan sonra artıq Qaradağ rayonunun sakinləri də 1 saylı DOST Mərkəzinin xidmətlərindən faydalana biləcək.

 

Qeyd edək ki, ötən ilin may ayından Bakıda 3 DOST mərkəzi yaradılıb və paytaxtın 7 rayonunun əhalisi DOST xidmətləri ilə əhatə olunub.

 

Bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində 132 növdə xidmət “bir pəncərə”dən təqdim edilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır