Modern.az

Meksikada koronavirusa yoluxanların sayı 87 min 500-ü keçdi

Meksikada koronavirusa yoluxanların sayı 87 min 500-ü keçdi

31 May 2020, 08:58

Meksikada yeni növ koronavirus infeksiyasına  yoluxma hallarının sayı 87,5 mini keçib, son sutkada daha 364 nəfərin bu infeksiyadan öldüyü öz təsdiqini tapıb.

 

Modern.az xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

 

“Təəssüflər olsun ki, 9779 nəfər epidemiyanın yayılması zamanı düyasını dəyişib. Ümumilikdə virusa yoluxma hallarının araşdırılması məqsədilə keçirilən testlərin sayı 270 992-dir”, - deyə Lopes-Qatel mətbuat konfransında qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır