Arxiv
2 İyun 2020, 15:37 | TƏHSİL
Məktəb direktoruna cinayət işi AÇILDI

Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

 

Araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5 500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43 Prezident: “Həlak olan hərbçilərimizin qisası alındı!” - YENİLƏNİB 13 İyul 2020, 13:40 Müdafiə Nazirliyinin rəsmisindən çağırış - “Düşmənin təxribatına inanmayın” 13 İyul 2020, 13:37 Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI 13 İyul 2020, 13:33 Sabahın hava proqnozu 13 İyul 2020, 13:30 Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir” 13 İyul 2020, 13:26 Türkiyədən Ermənistana mesaj: “Ağlınızı başına yığın Azərbaycanın yanındayıq” 13 İyul 2020, 13:22 Gənclər cəbhəyə getmək üçün müraciət etdi - RƏSMİ 13 İyul 2020, 13:16 Məmmədyarov rusiyalı həmsədrə və ATƏT nümayəndəsinə ETİRAZ ETDİ 13 İyul 2020, 13:13 İş icazəsi ilə Lerikdə istirahət edənlər cərimələndi - FOTO 13 İyul 2020, 13:09 “Hazırda Azərbaycan Ordusu düşmənə qarşı cavab tədbirləri həyata keçirir” - Vaqif Dərgahlı 13 İyul 2020, 13:06 Türkiyəli deputat: “Ermənilər BMT-nin atəşkəs çağırışına əməl etmir” 13 İyul 2020, 13:03 Bioloji Təbabət Klinikasında koronavirusa yoluxanlar var 13 İyul 2020, 13:01 Nazirlik Gəncədəki partlayışla bağlı məlumat yaydı 13 İyul 2020, 13:00 “Israel HaYom” qəzeti Ermənistanın Azərbaycana təxribatından YAZDI 13 İyul 2020, 12:55 Polis Müşfiqabadda baş verən silahlı insidentlə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 12:50 Gürcüstandan təxliyə olunan vətəndaşlarımız karantində qalmayacaq 13 İyul 2020, 12:45 Deputat Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa ÇAĞIRDI 13 İyul 2020, 12:37 Türkiyədən ÇAĞIRIŞ: “İşğalda olan torpaqların azad olunmasının vaxtı çatıb” 13 İyul 2020, 12:34 Deputatlardan Minsk qrupuna ETİRAZ 13 İyul 2020, 12:32 Gədəbəydə polis əməkdaşı əmisini qətlə yetirdi 13 İyul 2020, 12:32 Ermənistanda fövqəladə vəziyyət avqusta qədər uzadıldı 13 İyul 2020, 12:26 Prokurorluq məlumat yaydı 13 İyul 2020, 12:20 Ermənistanın üzv olduğu hərbi blok təcili TOPLANIR 13 İyul 2020, 12:15 Ucarda oğul atasını qətlə yetirdi   13 İyul 2020, 12:14 Əməkdar jurnalistdən şəhid ailələri ilə bağlı TƏKLİF 13 İyul 2020, 12:09 İran Azərbaycana başsağlığı verdi 13 İyul 2020, 12:05 Fərid Şəfiyev: “Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır” - ŞƏRH 13 İyul 2020, 12:00 ABŞ-dakı diasporumuzun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib 13 İyul 2020, 11:54 Qubada karantini pozan koronavirus xəstəsi SAXLANILDI 13 İyul 2020, 11:50 Ermənistanın müdafiə naziri: “Snayperləri işə salmışıq” 13 İyul 2020, 11:45 Qlobal liderlik NÜMUNƏSİ  13 İyul 2020, 11:39 Ermənistanda koronavirusdan ölənlərin sayı 756-ya çatdı 13 İyul 2020, 11:35 Azərbaycanda dəhşətli qətl - ata oğlunu güllələdi  13 İyul 2020, 11:30