Modern.az

Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi

Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi

4 İyun 2020, 13:54

“Son vaxtlar ölkəmizdə karantin şərtlərinin yumşaldılması COVİD-19-a yoluxma hallarını xeyli artırıb. Hər gün açıqlanan rəqəmlərdən də görünür ki, virusdan dünyasını dəyişənlərin də sayı çoxalır. Bu məsələdə təəssüfedici məqam hələ də bəzi insanların belə təhlükəli bir virusun olduğuna inanmamasıdır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, insanlara, eləcə də deputatı olduğu rayonun sakinlərinə də müraciət edib:

 

“Biz hər zaman birlik nümayiş etdirməyi bacarmışıq. Hesab edirəm ki, yenə də birlik nümayiş etdirməliyik. Çünki biz qaydalara əməl etmədikcə cəmiyyətimizi, insanlarımızın həyatını təhlükə altına atmış oluruq. Halbuki dövlətimiz bu məsələdə yüksək səviyyədə qoruma tədbirləri həyata keçirib. Bunun da nəticəsində ölkəmizdə yoluxma sayı çox az idi. Bütün bunları nəzərə alaraq hər bir vətəndaşımıza, eləcə də deputatı olduğum Masallı camaatından bir xahişim var. Xahiş edirəm, bu çətin vaxtlarda özünüzü, doğmalarınızı, cəmiyyətimizi bu təhlükədən qorumaq üçün tibbi maskalardan, qoruyucu vaasitələrdən istifadə edin! Məsafə saxlamağı da unutmayın! Həftə sonları kütləvi olaraq bir yerə toplaşmayın! Evdən çıxmayın! Hər şey bizim nizamlı olmağımızdan və qaydalara əməl etməyimizdən asılıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?