Modern.az

İmişlidə piyada yol qəzasında öldü

İmişlidə piyada yol qəzasında öldü

Hadisə

22 Avqust 2026, 00:31

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 22 radələrində İmişli rayonu Qaralar kəndi ərazisində qeydə alınıb.

Mürşüd Babaşov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada Kamilə Qurbanovanı vurub, idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?