Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 14 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün "Telegram" kanalında bildirib.
"Krivoy Roqda rusların ticarət mərkəzinə hücumu nəticəsində artıq 14 nəfər həlak olub", - o qeyd edib.
Onun sözlərinə görə, 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.
"İtkin düşənlər var, onlarla əlaqə saxlamaq mümkün olmur", – A. Qanja əlavə edib.
***
21:51
Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində ticarət kompleksinə dron zərbəsi nəticəsində ölənlərin sayı artıb.
Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Məlumata görə, Rusiyanın hücumu nəticəsində yaralananların sayı isə 91 nəfərdir, onlardan 21-nin vəziyyəti ağırdır.
***
20:19
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.
"Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib", - Qanja qeyd edib.
Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.
Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və arta bilər.