Arxiv
4 İyun 2020, 15:45 | QARABAĞ
Milli Qəhrəman: “Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ

Bu gün 1993-cü ildə törədilmiş 4 iyun qiyamından 27 il keçir.

 

1993-cü ilin 4 iyununda Gəncədə o vaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyam illər keçsə də müzakirə obyektidir. 
Həmin hadisələrin şahidi olan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev bu barədə yaddaşında qalanları Modern.az-la bölüşüb. Onunla söhbəti təqdim edirik:


- Maşallah bəy, qiyam vaxtını necə xatırlayırsınız?

- Mən həmin illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdim. Bütün hadisələr yadımdadır. Qarabağda vəziyyət çox pis idi. Torpaqlarımızın işğalı başlamışdı, düşmən dayanmaq bilmirdi. Azərbaycanın çətin durumunda Sürət Hüseynov və onun dəstəsi tamam fərqli və xəyanətkar bir mövqe tutmuşdu. Qiyam qaldırıb, Gəncədən Bakıya doğru hərəkət etdilər. Halbuki,  həmin vaxtda ən lazımlı məsələ Qarabağı azad etmək, separatçıların üzərinə getmək idi. Qiyamdan sonra vəziyyət daha da pisləşdi, torpaqlarımızın çox hissəsi işğal olundu. Sonradan Azərbaycanın çıxılmaz vəziyyətə düşməsinin səbəbkarı elə Sürət Hüseynov idi.


- Bu qiyam bizdən tək Qarabağımı aldı? Sürət Hüseynov qiyam qaldırmasaydı, vəziyyət necə ola bilərdi?

- Mən yaşlanmışam. Bu gün-sabah dünyadan köçsəm, Qarabağın işğalını ürəyimdə yara olaraq aparacağam. Qarabağın həsrəti ilə yaşamış, Qarabağı bir daha görə bilməyərək dünyadan köçmüş yüzlərlə insan var. O zaman Qarabağın ən vacib məsələ olduğunu Sürət Hüseynov başda olmaqla hər kəs dərk etsəydi, bu gün biz öz torpaqlarımızda yaşayardıq. Hər ötən nəslə Qarabağ ağrısını qoyub gedirik.


- Sürət Hüseynov yalnız hakimiyyətə gələ bilmək üçün qiyam qaldırmışdı, yoxsa başqa məqsədləri də var idi?


- Onun tək niyyəti bu deyildi. Nə də ki, qiyamının nəticəsi tək Qarabağın itirilməsi oldu. Təki o zaman Qarabağ üçün hər kəs yumruq kimi birləşə biləydi. Qarabağ işğaldan azad olunaydı. Sürət Hüseynov hakimiyyət istəyirdisə, ölkəmizdə sabitliyi bərpa edəndən sonra demokratik yolla yenə də hakimiyyətə gələ bilərdi. Məqsədi nə olur olsun, o, vətənə, dövlətə, dövlətçiliyə xəyanət yolunu seçdi.


- Sürət Hüseynov layiqli cəzasını aldımı?

- O etdiklərinə görə cəzalandırıldı, ən əsası bu qədər ağır bir vicdan yükünün altındadır, amma yenə də sakit dayanmır. Arabir oxuyuruq mətbuatdan, hələ bir danışmağa üzü var.


- Qiyamdan öncə onunla münasibətiniz olubmu?

- Sürət Hüseynovla elə də yaxın münasibətim olmayıb. Qiyabi tanıyırdım. Amma o zaman da bilirdik ki, söz dinləməyən, hər işdə özbaşına hərəkət edən adamdır. Onun bu hərəkətlərinin cəzasını həm özü, həm ailəsi, hətta bütün Azərbaycan xalqı çəkib. Vətənə xəyanətdən ağır cinayət yoxdur.


- Bu hadisələr mərhum prezident Əbülfəz Elçibəyin dövründə yaşanmışdı. Onun haqqında fikirləriniz də maraqlıdır?

- Əbülfəz Elçibəy xalqını düşünən, yaxşı insan idi. Amma onun ətrafındakılar hamısı prezident olmaq istədilər. Başda Sürət Hüseynov olmaqla hamısı xəyanətkarlıq etdilər.


- Sizcə, bu gün də Azərbaycan cəmiyyətində Sürət Hüseynov kimi düşünən şəxslər varmı?

- Mən buna inanmıram. Hamı dərk edir ki, dövlətə, vətənə xidmət etmək borcudur. Bu gün Sürət Hüseynov kimilər yoxdur. Kimsə ürəyindən çevriliş keçirsə belə, buna nail ola bilməz. Bunu düşünənlər Sürət Hüseynovu gözlərinin önünə gətirsinlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq - Sabahın hava PROQNOZU 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05