Arxiv
6 İyun 2020, 11:00 | ƏDƏBİYYAT
“Elə bilirsiniz pulum qurtarıb?” - Xalq şairi Qabil haqqında LƏTİFƏLƏR

İsmayıl Şıxlının “Dostum Qabilin qəribə əhvalatları” və “Mahir Qabiloğlunun “Atamın qəribə əhvalatları” kitablarından seçmə lətifələr...

 

Çiyninizdə gedim

Dayılarım yeyib-içəndə elə hey deyirdi: “Çiyninizdə gedim”. Onlar da cavablarında həmən deyirdilər: “Allah eləməsin, ay Qabil. Sən nə danışırsan? Hər yüz-yüz vurduqca bu sözləri deyir, onlar da bu cavabı təkrar edirdilər. Axırda dözmürdü: “Ay balam, mən demirəm ki, çiyninizdə o dünyaya gedim. Mən ölməyə hazırlaşmıram. Deyirəm ki, yəni o qədər yeyib içim ki, ayaq üstündə dayana bilməyim. Məni evə aparasınız.

 

Hinduşka quş deyil?

Bir gün Bəyim xanım işdən qayıdanda görür ki, evdə hay-haray var, dəhliz suyun içindədir, elə divarlar da. Heç nə başa düşmür. Otaqlara, mətbəxə baxır və səs gələn yerə gedir. Qapını açanda görür ki, Qabil qolsuz köynək və qısa tumanda su ilə əlləşir, oğlu balaca Mahir də yanında. Dayanıb baxır. Vanna su ilə dolu idi. Qabil Şamaxıdan oğluna pay göndərilən iri hinduşkanı suya basırdı. Yazıq quş isə çırpınıb çıxır, qanadlarını gərib ətrafı suya qərq edir, bərkdən qışqırıb Qabilin əlindən qurtarmağa çalışırdı. Qabil isə onu təzədən suya basmaq istəyirdi. Bəyim xanım ərinin bu hərəkətinə təəccüblənir:

- Qabil, nə edirsən?

- Hinduşkanın necə üzdüyünü Mahirə göstərmək istəyirəm.

- A kişi, heç hinduşka da üzər?

- Nöş üzmür? Bəs ördək, qaz niyə üzür, bu da üzsün də, bu da quş deyil?

 

Beş min manata maşın...

Neçə gün idi Qabil çalışırdı ki, şair Məmməd Rahimlə rastlaşmasın. Onu görəndə gizlənirdi. Bunusa səbəbi vardı.

Məmməd Rahim yaşlı yazıçıların hamısından pullu idi. Özü də ona-buna borc pul verməkdən xoşu gəlirdi. Dostları deyirdilər ki, onun bir dəftərçəsi var, kimə borc pul versə adını ora yazır. Ona xəsis demək olmazdı. Amma pul yığmaqdan yaman xoşu gəlirdi. Elə buna görə onunla zarafatlar da edirdilər. Ən çox da Süleyman Rüstəm. Bir dəfə hələ müharibədən əvvəl, Moskvada olanda, Süleyman Rüstəm ondan min manat borc alır. Dava qurtarır, pul dəyişilir, Süleyman Rüstəm borcunu qaytarmır. Xruşovun vaxtında pullar ikinci dəfə dəyişəndən sonra Rahimə on manat verir. Rahim təəccüblənir.

- Bu nədi?

- Borcumdu, qaytarıram.

- Axı, sən məndən min manat almışdın?

- O vaxtdan bəri iki dəfə pul reforması olub. Düz hesablamışam. Pulunu al, adımı dəftərindən sil.

Məmməd Rahimin tərifdən yaman xoşu gəlirdi. Bunu bilən cavanlar tez-tez onun başına toplaşır, şeirlərindən əzbər deyir və şairi o ki var, tərifləyirdilər. Rahim də onları restorana aparıb əməlli-başlı qonaqlıq edirdi. Uşaqlar ona “dədə” deyirdilər. Elə vaxtlar olurdu Rahim müəllim özü cavanları toplayıb danlayırdı. “Ə, a qırışmallar bə dədənizi niyə yoxlamırsınız, yoxsa elə bilirsiniz pulum qurtarıb? “

 

Qabil də Rahimə “Dədə” deyənlərdən idi...

 

Bir axşam Qabil Rahim müəllimin qapısını döyür. Kişi özü qabağına çıxır. Onun qolundan tutub içəri aparır, hal-əhval tutur, qabağına mürəbbəli çay qoyur. Amma görür ki, qonağı dalğındır.

- Qabil kefin niyə yoxdur, nə olub?

- Maşın almaq istəyirəm.

- Al da neyləyək.

- Bilirsiniz Rahim müəllim pulum çatmır. Gəlmişəm ki, üstünü düzəldəsiniz.

Kişi ciddiləşib azacıq fikrə gedir.

- Nə qədər pulun var?

- Beş min.

- Nə qədər?

- Beş min.

Rahim müəllim təəccüblə Qabilin üzünə baxır. Bilmir zarafat edir, yoxsa ciddi danışır.

- Doğru sözündü?

- Həri!

- Deynən, mənə maşın al da!

- Alanda nolar, dədəm deyilsən?

Rahim müəllim Qabilin pulunun üstünə iyirmi min manat da qoyur və beləliklə maşın alınır...

 

Çox zəif yazmısınız, dədə!

 

Məmməd Rahimin “Azərbaycan” jurnalında “Xəzər sularında” adlı poeması çıxmışdı. Şair əsəri haqqında fikir bilmək istəyirdi. Gözü onun-bunun üzündəydi. Əsəri Qabil də oxumuşdu. Amma nədənsə Məmməd Rahimlə görüşüb fikrini söyləməkdən qaçırdı.

Bir gün “Azərnəşr”in foyesində uşaqlar “dədələri”nin başında toplaşmışdılar. Kişiyə xoş sözlər deyirdilər. Birdən hardansa Qabil peyda oldu. Əvvəlcə cin yığnağının üstünə çıxmış kimi hürkdü, sonra yan keçmək istədi. Amma Məmməd Rahimin gözü onu aldı.

- Qabil, niyə yan ötürsən, salam-kalamın hanı?

O, diksindi. Bir neçə saniyə yerində qaldı. Deyəsən nə cavab verəcəyini fikirləşirdi və birdən uşaqları yararaq “dədəsi” ilə üz-üzə dayandı.

- Rahim müəllim, sizə iyirmi min manat borcum var. Maşın alanda mənə əl tutmusunuz, çox sağ olun. Özü də, bu pulu iki-üç ilə bəlkə də beş ilə ancaq qaytararam. Amma bunların mətləbə dəxli yoxdur. Poemanızı oxumuşam. Xoşuma gəlməyib, çox zəif yazmısınız, adınız layiq əsər deyil.

 

Sözünü qurtaran kimi də çıxıb getdi.

 

 

Qabilin maşınında getdim...

 

Cəfər Cabbarlının ildönümü idi. Yazıçıları İttifaqında qərarlaşdırılmışdı ki, dəstə ilə qəbir üstünə gedilsin. Avtobuslar ayrılmışdı. Bundan başqa fərdi yüngül maşınlar da ayrılmışdı. Qabil də öz “Moskviç”i ilə dayanmışdı. Gördüm ki, heç kim onun maşınına minmək istəmir. Kimə təklif edirdisə, gülüb uzaqlaşırdı. Yaman əsəbləşmişdi. Yaxınlaşdım.

- Qabil, məni apararsanmı?

- Lap sənə quzu da kəsərəm, əyləş!

Əyləşdim. Sevincindən yerə-göyə sığmırdı.

- Səhərdən kimi çağırıramsa qaçırlar. Qorxurlar ki, maşını sürə bilmərəm. Bircə sən mənə inandın, ürəkli çıxdın. Hara istəsən, aparacam. Lap “Volçi-vorot”dan enib Lökbatana gedərik. Onda görərsən mən necə maşın sürürəm.

Elə bu vaxt İsa Hüseynov yanımızdan keçdi. Qapını açıb onu səslədim.

- İsa, evə xəbər ver ki, mən Qabilin maşınında getdim. Başımıza bir iş gəlsə, narahat olmasınlar.

 

“Ostorojno”

Bir gün dostlar dəstə ilə Zaqatalaya, Sabir Rüstəmxanlının toyuna gedirlərmiş. Maşın karvanının sarbanı Qabil imiş. Özü qabağa düşübmüş ki, qaçaqaç, qovhaqov olmasın. Dərələr, təpələr aşırlar, çaylar, körpülər keçirlər, kəndlərdən, şəhərlərdən ötürlər və birdən yolun ən geniş, ən düz və meşə ilə əhatə olunmuş səfalı yerində Qabil, gözlənilmədən əyləci basıb maşını saxlayır. Yoldaşları tökülüşüb yanına gəlirlər.

- Nə olub, Qabil, niyə dayandın?

- Görmürsünüz, qabaqda nə yazılıb?

- Nə yazılıb?

- Yazılıb ki, “Ostorojno, Qabil”.

Yoldaşları yazını diqqətlə oxuyurlar

- “Ostorojno, Kabel”

- Hə, Kabel? Onda getdik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
KATV-nin interneti niyə çödü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayolardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44