Arxiv
6 İyun 2020, 11:20 | ƏDƏBİYYAT
“Sizi narahat edən sovet poeziyasının marşalıdır” - Səməd Vurğunla bağlı ƏHVALATLAR

Modern.az Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunla (1906-1956) bağlı əhvalatları təqdim edir:

 

Xanım, sizi narahat edən sovet poeziyasının marşalıdır!

 

Səməd Vurğun Bakı-Moskva qatarında içkili halda gözəl bir rus qadına söz atır. Qadın onu tanımadığı üçün hirslənir:

- Ərim generaldır. Moskvada düşən kimi zəng edəcəm, gəlib sizə başa salacaq ki, general xanımına söz atmaq nə deməkdir?

Səməd Vurğun gülür:

- Xanım, sizi narahat edən sovet poeziyasının marşalıdır!

 

***

Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət edəndə onun şeir dediyini hiss edir və soruşur:

- Siz də şair-mairsiniz?

- Şair nədir, mair nədir? – müştəri suala sualla cavab verir.

Bərəçi ah çəkir:

- Şair Səməd Vurğundur, mair sizin kimi ara-bərədə yazanlar...

Müştəri heç nə demir, bərədən enib dinməzcə ağacların arasında onu gözləyən atlıların yanına gedir. Bir azdan meşəbəyi bərəçiyə yaxınlaşır:

- Səməd Vurğunla nə danışırdın?

- Nə Səməd Vurğun? – bərəçinin gözü kəlləsinə çıxır.

- Bərəylə bu üzə keçirdiyin adam şair Səməd Vurğun idi.

Bərəçi yerində donub qalır.

 

***

Uşaqlarını Üzeyir Hacıbəyovla görüşə aparır və onlardan Üzeyir bəyin əlini öpmələrini istəyir. Sonralar bunun səbəbini soruşan oğlu Yusifə deyir:

- Üzeyir bəy musiqimizin peyğəmbəridir. Peyğəmbərə biyət etmək üçün əlini öpməlisən.

 

***

Hansısa tərcümə işə ilə bağlı şairlər arasında mübahisə düşür. Bir misrada hecanı doldurmaq mümkün olmurmuş. Birdən Səməd Vurğun gülüb deyir:

- Cavid əfəndi olsaydı, bura bir “Həp” artırardı, məsələ həll olunardı.

 

***

Cavan bir şair ev problemi ilə bağlı onun qəbuluna gəlir. Bu vaxt yanında başqa bir tanınmış şair də varmış. Cavan oğlan deyir:

- Mənzilimiz çox darısqaldır, yaşaya bilmirik, mümkünsə bizə kömək edin.

Səməd Vurğun ağzını açmamış tanınmış şair dillənir:

- Ay bala, hələ cavansan, niyə tələsirsən? Mən otuz beş yaşımacan ailəmlə birlikdə nəm bir zirzəmidə yaşamışam...

Səməd Vurğun üzünü tanınmış şairə tutur:

- Ona görə yazdıqlarından kif iyi gəlir!

 

***

Sabit Rəhmanla ova gedibmişlər. Bərk susayırlar. Meşənin içindəki tək evə yaxınlaşıb su istəyirlər. Ev yiyəsi hirslənir:

- Mənim ovçulara verəcək suyum yoxdur! Siz təbiəti məhv edirsiniz!

Səməd Vurğun heç nə demədən Sabit Rəhmanı da götürüb israrla adamın evinə gedir, dəvətsiz-filansız qonaq otağına daxil olur. İçəri girəndə ikisi də donub qalır; otağın baş tərəfində Səməd Vurğunun nəhəng portreti asılıbmış. Ev yiyəsi gələn qonağın “divardakı kişi” olduğunu biləndə ayağının altında qoç kəsir.

 

***

Dostlarına qonaqlıq verirmiş. Məclis o qədər böyüyür ki, Səməd Vurğun cibindəki pulun hesaba çatmayacağını yəqin edir və Hüseyn Arifi pul üçün imkanlı bir dostunun yanına göndərir. Həmin adam Hüseyn Arifə xeyli pul verib, deyir, Səməd Vurğuna bunun yarısını ver, qalanını məclisdən sonra verərsən. Hüseyn Arif səbəbini soruşanda şairin tədbirli dostu cavab verir:

- Versən, hamısını xərcləyəcək!

 

***

Tanınmış el şairi Borsunlu Məzahirin Sibirdə sürgündə olduğunu eşidəndə SSRİ Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyevi də götürüb onun ziyarətinə gedir. Tərs kimi həmin vaxt Borsunlu Məzahirin də daxil olduğu dustaq dəstəsini qərargahdan xeyli uzağa ağac qırmağa aparıblarmış. Görüş baş tutmur. Borsunlu Məzahir geri qayıdanda həbsxananın rəisi onu yanına çağırıb deyir:

- Mamed, deyəsən sən böyük adamasan! Sənin dalınca bilirsən kim gəlmişdi? Bizim Saşa! (Aleksandr Fadeyevə belə deyirdilər) “Gənc qvardiya”nı yazan Saşanı deyirəm eee! Təsəvvür edirsən?! Yanında da qıvrımsaç bir adam vardı. Deyəsən, qafqazlı idi. Üşüyürdü. Çox qalın geyinmişdi...

 

***

Küçədə Əliağa Vahidi hər görəndə maşını saxlayıb düşür, onun cibinə pul qoyub təkrar yoluna davam edirmiş.

 

***

Bəxtiyar Vahabzadənin ilk şeirini oxuyanda deyir: “Məndən yaxşı şairdir!” Və bu iki-üç kəlmə Bəxtiyar Vahabzadəyə qısa müddətdə inanılmaz şöhrət gətirir.

 

***

Xərçəngin ağırlaşdığı vaxt yataqda yatarkən səhər-səhər çöldən gur kişi səsi eşidir:

- Qatıııq!!!

Səməd Vurğun ah çəkir: 

- Kaş o qatıqsatanın saçında bir tel olaydım!   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29