Arxiv
6 İyun 2020, 12:18 | DÜNYA
Yunanıstan Türkiyə ilə müharibəyə hazır olduğunu BƏYAN ETDİ

Yunanıstanın Milli Müdafiə naziri Nikos Panayotopulos ölkəsinin Türkiyə ilə müharibə aparmaq istəmədiyini, amma hadislərin bu səmtdə dəyişməsinə hazır olduğunu deyib. O, Yunanıstan hakimiyyətinin istənilən ssenariyə hazırlaşdığını bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə arasında münasibətlər sərhədyanı şelf yataqlarına və miqrasiya böhranına görə gərginləşib. Türklərin İstanbulda Müqəddəs Sofiya kilsəsini məscidə çevirmək istəyi də yunanları qızışdırıb. Ekspertlər Türkiyə və Yunanıstan arasında çoxsaylı mübahisəli məsələləri nəzərə alaraq, hərbi münaqişəni istisna etmirlər.

Bu yaxınlarda Türkiyə yunan adaları yaxınlığında karbohidrogen hasilatına lisenziya almaq üçün ərizələr dərc etmişdi. Bundan sonra Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Türkiyənin digər ölkənin suverenlik hüququnu mənimsədiyini bəyan etmişdi.  

İki ölkənin sərhədlərində vaxtaşırı müxtəlif toqquşmalar baş verir. Mübahisəli ərazilərdən biri də Meriç (Evros, Maritsa) çayı sahili boyunca olan sərhəd zonasıdır. Halbuki, Türkiyə və Yunanıstan 1955-ci ildə bu çayda daşqın əleyhinə tikililərin inşasına dair müqavilə imzalayıblar.

Qonşu ölkələr arasında miqrasiya məsələsi də münaqinin qızışmasına səbəb olur. Fevralın sonunda Türkiyə Suriyadan olan qaçqınlar üçün Bolqarıstan və Yunanstan sərhədlərini açıb. Yunanıstan mühacirləri qəbul etmək istəmədiyindən sərhəd nəzarətini gücləndirib. Buna baxmayaraq bir neçə həftə ərzində on minlərlə qeyri-leqal mühacir yunan-türk sərhədini keçə bilib. Afina bu vəziyyəti milli təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Son sutkada Qırğızıstanda koronavirusa 719 nəfər yoluxub 12 İyul 2020, 11:44 “Azərbaycana qayıtmaqla bağlı müraciətləri Operativ Qərargaha göndəririk” – Səfir Tural Rzayev 12 İyul 2020, 11:34 "Sevinj, are this shame necessary for you?" 12 İyul 2020, 11:25 Pakistanda koronavirusa yoluxanların sayı 246 mini ötüb 12 İyul 2020, 11:20 Şəmistan Əlizamanlı və KORONAVİRUS 12 İyul 2020, 11:15 Gürcüstanda zəlzələ olub 12 İyul 2020, 11:12 ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19