Modern.az

Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti vəfat etdi

Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti vəfat etdi

7 İyun 2020, 10:58

Azərbaycan idmanına ağır itki üz verib. 

 

Modern.az-ın məlumatına görə, ölkə idmanında müxtəlif vəzifələrdə işləmiş Şaiq Həmidov vəfat edib. 

 

Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti bu gün 69 yaşında ölüb. 

 

O, 1983-cü ildən 1995-ci ilə kimi "Spartak" Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasının sədri, 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləyib.

 

2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. Ş. Həmidov həmçinin AFFA-da hakim inspektor kimi təyinat alıb. (APA)

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...