Modern.az

Neftçalada su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb

Neftçalada su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb

12 İyun 2020, 10:58

Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılıb.

 

Neftçala rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, hazırda rayon ərazisində bu sahədə mövcud infrastruktur olmadığı üçün tam yeni layihə hazırlanıb.

 

İcra başçısı Mirhəsən Seyidovun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Seymur Seyidovun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin digər mütəxəssislərinin, İcra Hakimiyyətinin aidiyyəti məsul şəxslərinin, Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin və yerli bələdiyyə orqanının iştirakı ilə 11 iyun 2020-ci il tarixində RİH-nin inzibati binasında layihənin təqdimatı keçirilib.

 

İlkin olaraq Neftçala şəhərinin və⠀ətraf yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulan layihə çərçivəsində mənbəyi Salyan rayonu ərazində su tutumu 7500 m3 olan su anbarı tikiləcək.

 

Həmin anbardar uzunluğu 44 km olan magistral su xəttinin çəkilməsi planlaşdırılır.

 

Mövcud layihəyə əsasən çoxmənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40.000 nəfərə yaxın sakinin içməli su xətləri ilə təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək.

 

Hazırda layihənin icrası istiqamətində zəruri tədbirlər həyata keçirilirməsinə başlanılıb. ⠀

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir