Modern.az

KİVDF qəzetlər üçün müsabiqə elan etdi - ŞƏRTLƏR

KİVDF qəzetlər üçün müsabiqə elan etdi - ŞƏRTLƏR

Media

17 İyun 2020, 00:37

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin II yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilib. İclasda 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elan edilməsi müzakirə edilib.

Beləliklə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Müsabiqədə iştirak etmək üçün sənədlər 17 iyundan 26 iyunadək saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edilməlidir.

Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir