Modern.az

KİVDF jurnalistlər üçün yeni yazı müsabiqəsi elan etdi - ŞƏRTLƏR

KİVDF jurnalistlər üçün yeni yazı müsabiqəsi elan etdi - ŞƏRTLƏR

23 İyun 2020, 17:20

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edib.

Modern.az xəbər verir ki, budəfki müsabiqədə şərtlər müəyyən qədər dəyişib.

Müsabiqə 14 mövzunu əhatə edir. Mövzuların hər biri üzrə 3 (üç) əsas mükafatçı müəyyən edilir və aşağıdakı qaydada birdəfəlik pul mükafatı ilə mükafatlandırılır:

- birinci yer - 1000 (bir min) manat məbləğində;
- ikinci yer - 700 (yeddi yüz) manat məbləğində;
- üçüncü yer - 500 (beş yüz) manat məbləğində.

Müsabiqə şərtləri ilə daha ətraflı bu linkdən tanış olmaq mümkündür.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir