Modern.az

Bu ölkədə 11 deputat koronavirusa yoluxdu

Bu ölkədə 11 deputat koronavirusa yoluxdu

Dünya

29 İyun 2020, 10:24

Misirdə daha iki deputat koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az-ın məlumatına görə, deputat Əbdül Rəhim Əli Liviya böhranı ilə bağlı danışıqlarda iştirak etdiyi Parisdə yüksək temperaturla özəl xəstəxanaya çatdırılıb və yeni növ koronavirusa yoluxduğu aşkar edilib. Misir parlamentinin İsgəndəriyyədən olan deputatı Hiazam əl-Həririnin də COVID-19-a yoluxduğu bildirilir. Beləliklə, bu ölkənin qanunverici orqanının üzvləri arasında koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb. Parlamentin sözçüsü Salah Həsaballah jurnalistlərə bildirib ki, onlardan 6 nəfəri karantin xəstəxanalarında müalicə olunur. Eyni zamanda, Misir Nümayəndələr Palatasının spikeri parlamentin iyulun 5-də keçiriləcək iclasının təxirə salınmayacağını bəyan edib.

 

Qeyd edək ki, Misirdə son sutkada 1 265 nəfərdə koronavirus aşkarlanıb, 81 nəfər virusdan vəfat edib. Bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 65 188-ə, ölənlərin sayı isə 2 789-a yüksəlib. Virusa yoluxanlardan 17 539 nəfəri sağalıb, 44 860 xəstənin müalicəsi davam edir. 

Misir hazırda dünyanın ən çox COVID-19 yayılan 23-cü ölkəsidir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır