Modern.az

İmtahanda maksimum bal toplayan abituriyent

İmtahanda maksimum bal toplayan abituriyent

Təhsil

1 İyul 2020, 16:43

Dövlət İmtahan Mərkəzi 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.


Buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.


Bu imtahanlarında iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub.


İmtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb.

Modern.az saytı 300 bal toplayan həmin məzunun kimliyini təqdim edir:

Bu, Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Hüseyn Abdullayevdir. O, həm də televiziyada yayımlanan "Əlaçı" verilişinin mövsüm finalının qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı