Modern.az

AzTV-nin baş redaktoru koronavirusdan ÖLDÜ

AzTV-nin baş redaktoru koronavirusdan ÖLDÜ

3 İyul 2020, 08:10

AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

 

Modern.az xəbər verir ki, telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev COVID -19 infeksiyasının qurbanı olub.

 

Məlumata görə, 53 yaşlı E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Mərhum bir çox televiziya layihələrinin, bədii-publisistik, sənədli, musiqili video və qısametrajlı filmlərin rejissoru kimi tanınıb.
 

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi