Modern.az

Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO

Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO

Aktual

8 İyul 2020, 19:24

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

 

Modern.az-ın məlumatına görə, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər kotec qəsəbəsində yaşayaşan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb. 

 

Qeyd edək ki Kərimov İbrahim Ramazan oğlu barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb .İstintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər