Arxiv
13 İyul 2020, 12:37 |
Deputat Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa ÇAĞIRDI

“Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısını böyük rəşadətlə alıb və ermənilər ciddi itki veriblər. Düşmən bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri oturdulub. Ötən gün cəbhədə baş verənlər Azərbaycan Ordusunun düşməndən üstün və döyüşə hazır olduğunu göstərir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

 

Azərbaycanın dörd hərbi qulluqçusunun şəhid olduğunu, bir neçəsinin yaralandığını xatırladan deputat şəhidlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

 

O qeyd edib ki, Ermənistan tərəfi dəfələrlə çox itki verib: “Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Onlar arasında zabitlər də var. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. Baş nazir Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da boğaza yığılmış ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir. Bəzi məlumatlara görə, ermənilərin bir neçəsinin meyiti neytral ərazidə qalıb”.

 

Milli Məclisin deputatı deyib ki, Ermənistanın dövlət sərhədində artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir: “Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycana qarşı təcavüzdür. Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər, bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar. Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummamalıdırlar, ermənilərin artilleriya qurğularından istifadə etməklə törətdiyi təxribatı pisləməlidirlər və rəsmi Yerevanı dayandırmaq üçün dərhal hərəkətə keçməlidirlər. Çünki Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir”.

 

Ülvi Quliyev   

Ü.Quliyev hesab edir ki, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın cəbhədə təxribata əl atması təsadüfi deyil: “Çünki Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür, baş nazir Nikol Paşinyan əhaliyə verdiyi vədləri yerinə yetirə bilmir. COVID-19 işğalçı ölkədəki vəziyyəti daha da ağırlaşdırıb. Ermənistanda son dövrlər bir neçə vəzifəli şəxsin ard-arda istefa verməsi hökumətdə ciddi qarşıdurmanın olduğunu və ölkənin siyasi böhrana sürükləndiyini göstərir. Sıravi ermənilərin isə səbri tükənib və bütün bunlara biganə qalmaq niyyətində deyillər. Nikol Paşinyan bütün bunları yaxşı bilir və ölkədəki böhranlı vəziyyətdən diqqəti yaynıdrmaq üçün cəbhədə təxribata əl atıb”.

 

Deputatın fikrincə, Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib və təxribatları dayandırmasa erməni tərəfi üçün bunun nəticələri çox ağır olacaq: “Gərək Nikol Paşinyan və ona məsləhət verənlər 2016-cı ilin Aprel döyüşlərini unutmasınlar. Düşmən onu da bilməlidir ki, Azərbaycan Ordusu dörd il əvvəl ilə müqayisədə indi dəfələrlə güclüdür. Ordumuz müasir silah-sursat və texnika ilə təchiz olunub, döyüş qabiliyyətini artırıb, vətənpərvərlik ruhu da ən yüksək səviyyədədir. Ona görə də düşmənə bu dəfə daha ağır zərbə vuracağıq və ermənilər Aprel döyüşlərindən daha çox itki verəcəklər. Hazırda Azərbaycan Ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə dağıntılar altında tapdığı oyuncağı övladına aparan jurnalist... 21 Oktyabr 2020, 09:18 Bu il UNEC-də qeydiyyatdan keçən tələbələrin sayı AÇIQLANDI 21 Oktyabr 2020, 09:06 Tərtər atəşə tutulur - Müdafiə Nazirliyi 21 Oktyabr 2020, 09:00 Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə MƏHV EDİLDİ 21 Oktyabr 2020, 08:55 Cəbrayıl-Qubadlı istiqamətində gərgin döyüşlər gedir - Müdafiə Nazirliyi 21 Oktyabr 2020, 08:48 ABŞ-ın Minsk qrupundakı fəaliyyəti müzakirə olundu 21 Oktyabr 2020, 08:36 Perunun dövlət katibindən Azərbaycana DƏSTƏK 21 Oktyabr 2020, 08:27 “Ukrayna Qara dəniz sahilində hərbi baza tikəcək” - Zelenski  21 Oktyabr 2020, 08:18 Alimlər kəllədə yeni orqan aşkar etdilər 21 Oktyabr 2020, 08:09 Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ 21 Oktyabr 2020, 07:15 Ermənistanın XİN rəhbəri Moskvada 21 Oktyabr 2020, 05:03 Ali Baş Komandan və Ordumuz “Qordi düyünü”nü birdəfəlik kəsib atır! 21 Oktyabr 2020, 02:43 Cəbhə gündəliyi: 20 oktyabrda nələr oldu... 21 Oktyabr 2020, 01:37 “Barselona” Çempionlar Liqasına darmadağınla başladı 21 Oktyabr 2020, 01:09 Futbol matçı zamanı atışma oldu 21 Oktyabr 2020, 00:58 Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 21 Oktyabr 2020, 00:47 Azərbaycanda əkiz və üçəmlərin sayı artıb 21 Oktyabr 2020, 00:38 Azərbaycanda general vəfat etdi 21 Oktyabr 2020, 00:20 Messi Çempionlar Liqasında rekorda şərik oldu 21 Oktyabr 2020, 00:15 İsveçrədə hər bir vətəndaşa 7500 frank verilə bilər 21 Oktyabr 2020, 00:04 Daha bir ölkədə koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 20 Oktyabr 2020, 23:52 Tanınmış özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib 20 Oktyabr 2020, 23:39 Türkiyədə daha 1512 nəfər koronavirusdan sağaldı 20 Oktyabr 2020, 23:29 “Yuventus” və “Brügge” qalib gəldilər - Çempionlar Liqası 20 Oktyabr 2020, 23:18 UEFA Avropa çempionatını ləğv etdi 20 Oktyabr 2020, 23:10 Roma Papası Qarabağ üçün dua etdi 20 Oktyabr 2020, 23:03 UEFA-dan millimizin və “Qarabağ”ın ev oyunlarına QADAĞA 20 Oktyabr 2020, 22:54 ABŞ-dan müttəfiqlərinə çağırış: Müdafiə xərclərinizi artırın 20 Oktyabr 2020, 22:49 İsveçrəli jurnalist Ermənistanın müharibə cinayətlərindən yazdı 20 Oktyabr 2020, 22:37 Teledərslərin sabaha olan CƏDVƏLİ 20 Oktyabr 2020, 22:24 “Azərbaycana dəstək verdik və verəcəyik” - Ərdoğandan Qarabağ mesajı 20 Oktyabr 2020, 22:18 Qələbələrdə əməyi olan hərbçilərimiz - FOTOLAR 20 Oktyabr 2020, 22:01 Fransa millisinin keçmiş qapıçısı vəfat edib 20 Oktyabr 2020, 21:57 “Azad olunmuş torpaqların tam bərpası olduqca böyük masştablı proqramdır ” – Baş bankir 20 Oktyabr 2020, 21:49 İranda bir gündə 322 nəfər koronavirusdan öldü 20 Oktyabr 2020, 21:39