Arxiv
13 İyul 2020, 12:37 |
Deputat Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa ÇAĞIRDI

“Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısını böyük rəşadətlə alıb və ermənilər ciddi itki veriblər. Düşmən bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri oturdulub. Ötən gün cəbhədə baş verənlər Azərbaycan Ordusunun düşməndən üstün və döyüşə hazır olduğunu göstərir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

 

Azərbaycanın dörd hərbi qulluqçusunun şəhid olduğunu, bir neçəsinin yaralandığını xatırladan deputat şəhidlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

 

O qeyd edib ki, Ermənistan tərəfi dəfələrlə çox itki verib: “Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Onlar arasında zabitlər də var. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. Baş nazir Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da boğaza yığılmış ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir. Bəzi məlumatlara görə, ermənilərin bir neçəsinin meyiti neytral ərazidə qalıb”.

 

Milli Məclisin deputatı deyib ki, Ermənistanın dövlət sərhədində artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir: “Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycana qarşı təcavüzdür. Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər, bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar. Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummamalıdırlar, ermənilərin artilleriya qurğularından istifadə etməklə törətdiyi təxribatı pisləməlidirlər və rəsmi Yerevanı dayandırmaq üçün dərhal hərəkətə keçməlidirlər. Çünki Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir”.

 

Ülvi Quliyev   

Ü.Quliyev hesab edir ki, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın cəbhədə təxribata əl atması təsadüfi deyil: “Çünki Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür, baş nazir Nikol Paşinyan əhaliyə verdiyi vədləri yerinə yetirə bilmir. COVID-19 işğalçı ölkədəki vəziyyəti daha da ağırlaşdırıb. Ermənistanda son dövrlər bir neçə vəzifəli şəxsin ard-arda istefa verməsi hökumətdə ciddi qarşıdurmanın olduğunu və ölkənin siyasi böhrana sürükləndiyini göstərir. Sıravi ermənilərin isə səbri tükənib və bütün bunlara biganə qalmaq niyyətində deyillər. Nikol Paşinyan bütün bunları yaxşı bilir və ölkədəki böhranlı vəziyyətdən diqqəti yaynıdrmaq üçün cəbhədə təxribata əl atıb”.

 

Deputatın fikrincə, Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib və təxribatları dayandırmasa erməni tərəfi üçün bunun nəticələri çox ağır olacaq: “Gərək Nikol Paşinyan və ona məsləhət verənlər 2016-cı ilin Aprel döyüşlərini unutmasınlar. Düşmən onu da bilməlidir ki, Azərbaycan Ordusu dörd il əvvəl ilə müqayisədə indi dəfələrlə güclüdür. Ordumuz müasir silah-sursat və texnika ilə təchiz olunub, döyüş qabiliyyətini artırıb, vətənpərvərlik ruhu da ən yüksək səviyyədədir. Ona görə də düşmənə bu dəfə daha ağır zərbə vuracağıq və ermənilər Aprel döyüşlərindən daha çox itki verəcəklər. Hazırda Azərbaycan Ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54 Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ 26 Yanvar 2021, 18:45 Bakıda intihar epidemiyası: 38 yaşlı qadın özünü 6-cı mərtəbədən atdı 26 Yanvar 2021, 18:24 JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi 26 Yanvar 2021, 18:13 Cavad Zərif Yerevanda səfərdədir 26 Yanvar 2021, 18:09 Bu ərazilərdə su kəsiləcək 26 Yanvar 2021, 18:04 Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36