Modern.az

Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi

Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi

Aktual

13 İyul 2020, 15:38

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistan ordusu yenə də növbəti dəfə təxribata əl atıb. Təbii ki, burada düşmən tərəfinin mövqeyi bəllidir. Ermənistana bu dəfə də ordumuz tərəfindən qətiyyətli cavab verildi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, xüsusilə də, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi ermənilərin narahatlığına səbəb olub:

“COVİD-19-la mübarizədə Azərbaycanın dövlət başçısı dünya ölkələrini bir araya toplayaraq həmrəylik nümayiş etdirdi. Bütün dövlətlər bu həmrəyliyə qoşulduğu halda, Ermənistan imtina etdi. Səbəb isə Azərbaycanın beynəlxalq arenada tanınmasını və uğurlar əldə etməsini həzm edə bilməməsidir. Halbuki Ermənistan pandemiyadan ən çox ziyan çəkən dövlətlərdəndir.  BMT Baş Assambleyasının Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyasında iştirak etmək qərarından vaz keçməklə yenə də əsl simasını ortaya qoydu. Bu bir daha onu göstərir ki, Ermənistan qeyri-sağlam təxəyyülü ilə dünyaya meydan oxumaq istəyir”.

 

Məşhur Məmmədovun sözlərinə görə, dünənki təxribat zamanı Azərbaycan ordusu tərəfindən layiqli cavabını alan düşmən tərəfinin məqsədi bəllidir:

“Ölkədəki iqtisadi-siyasi gərginliyi aradan qaldırmaq üçün Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd etdi. Yenə məkrli planı baş tutmadı.  Eyni zamanda, Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Ancaq bu mümkün deyil. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurmaqdadır. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı