Arxiv
14 İyul 2020, 16:25 | PARLAMENT
Milli Məclisin sədri beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, MDB PA Şurası, AŞPA, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, Asiya Parlament Assambleyası, Avropa Parlamentinin rəhbərlərinə müraciətlər ünvanlayıb.

 

Modern.az xəbər verir ki, müraciətlərdə bildirilib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərib.

 

"Ermənistan tərəfinin bu cəhdlərinə cavab olaraq Azərbaycan tərəfi təxirəsalınmaz şəkildə adekvat xarakterli əks-tədbirlər görmüş və nəticədə Ermənistan ordu birləşmələrinin irəliləməsinin qarşısını ala bilmişdir. Ermənistan tərəfi iki ölkə arasında olan sərhəd bölgələrini daha çox hərbiləşdirmiş, məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə almışdır".

 

Müraciətlərdə vurğulanır ki, Ermənistanın bu cür hərbi xarakterli məsuliyyətsiz siyasəti onun üzv olduğu hərbi-siyasi qurumları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədindən, həmçinin Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin məsuliyyətindən yayınmaq niyyətindən irəli gəlir.

 

Milli Məclis sədri Sahibə Qafarova tərəfindən xüsusilə vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri öz silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı Ermənistandan tələb edir.
Lakin Ermənistan tərəfindən sərhəd bölgəsində törədilən sonuncu təxribat aktları bir daha göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə, danışıqlar masası ətrafında həll edilməsində qəti şəkildə maraqlı deyil.

 

 “Digər bir mühüm məqam ondan ibarətdir ki, Ermənistan bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyət COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda yol vermişdir. Dolayısı ilə, Ermənistan atəşkəs rejimini bu cür davamlı şəkildə pozmaqla göstərir ki, BMT Baş katibinin COVİD-19 ilə bağlı qlobal miqyasda atəşkəs çağırışına dəstək verməsi sadəcə riyakarlıqdır. Buna görə də biz, Azərbaycan Respublikası Milli Məclisi olaraq, Türkdilli Dövlətlərin Parlament Assambleyasından, Parlamentlərarası İttifaqdan, MDB PA Şurası, AŞPA, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, Asiya Parlament Assambleyası, Avropa Parlamentinin rəhbərlərindən xahiş edirik ki, Milli Məclisin sədri tərəfindən ünvanlanmış bu müraciət məktubunun bütün üzv dövlətlərə göndərilməsini təmin etsin. Eyni zamanda, təşkilat üzvlərini Ermənistanın təcavüzkar hərəkətlərini, Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və sərhəd bölgəsində törətdiyi bu sonuncu təxribatını qınamağa çağırırıq", - deyə müraciətlərdə qeyd olunur.

 

Müraciətlərin sonunda Milli Məclis sədri tərəfindən bəyan edilir ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mövqelərinə hücum edilməsi, nəticədə baş verən bu hadisələrə və itkilərə görə məsuliyyəti bütövlükdə Ermənistan Respublikasının rəhbərliyi daşıyır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06 Keçmiş məhkum avtomatla yaxalandı - FOTO 17 İyun 2021, 17:00 Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək 17 İyun 2021, 16:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?