Modern.az

İstanbulda Azərbaycana dəstək mitinqi keçiriləcək

İstanbulda Azərbaycana dəstək mitinqi keçiriləcək

Aktual

15 İyul 2020, 16:50

İyulun 19-da Türkiyənin İstanbul şəhərində "Can Azərbaycana Canımız fəda" adlı mitinq keçiriləcək.

Mitinqin məqsədi son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz bildirməkdir.

Modern.az-ın məlumatına görə, Bəyazid Meydanında saat 14:00-da baş tutacaq tədbirin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq erməni silahlı bölmələri Aəzrbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində təxribat törətməkdə davam edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü