Arxiv
15 İyul 2020, 21:10 | AKTUAL
Generalın ölümü...

Bilmirəm, hardan başlayım. Mən adətən kiməsə rəğbətimi asan dilə gətirən insan deyiləm. Həm də ölən insanın arxasınca nə deyəsən, nə yazasan, nece yazasan axı?...Nə deyib tərifləyəsən, nə deyib cümlələrini süsləyəsən...Amma yaxşı insanların vaxtsız ölümü məni həmişə sarsıdıb. Bəlkə də vaxtsız deyildi, Allahın da işinə qarışmaq istəmirəm.


Amma hər halda bu dünyadan bir general keçdi getdi... Özü də mənim ölkəmin generalı. Həm də 45 yaşında. Hələ alnına qırışlar xətt çəkməmiş, saçları da tamam bəyazlamamışdı. Amma hər hərbçi kimi o da bu gerçəklə üzləşdi. Xidmət apardığı torpaqların uğrunda bir gün vuruşub öləcəkdi o da. Və bu acı ölüm...Nəhayət, bu torpaq onu da uddu, çəkdi apardı öz dərinliyinə. Azərbaycan dağ boyda bir general itirdi. Amma həm də qazandı. Polad iradəli, qətiyyətli, vətənpərvər, mərd bir generalın varlığından bir çoxu xəbərdar idi bəlkə də. Amma həm də yaxşı bir insan, yaxşı bir vətəndaş olduğunu da öyrənmiş oldu ölümü ilə. Generalımın ölüsü də gözəldir...Onun ölümü Azərbaycan insanına olan hörməti artırdı bir çoxlarının gözündə. Hamı bir daha anladı ki, bu ölkənin 1 yaxşısı 100 pisindən yenə də çoxdur. Yaraşdırmırdıq evinin baxımsız eyvanını rütbəsinə. Çünki gözlərimiz öyrəşməmişdi hansısa yüksək rütbəli azərbaycanlının belə sadə evinin olduğuna, təvazökar həyat sürdüyünə. Amma bizi daha da təəccübləndirdi. Məsələn, o ölməsəydi, biz bilməyəcəkdik ki, heç demə bu ölkədə Prezidentin ona verdiyi evi şəhid ailəsinə bağışlayan bir general var imiş. Özü də o, bu evi elə-belə yox, öz canı-qanı bahasına xidmət apardığı "Aprel döyüşləri"ndə göstərdiyi şücaətə görə almışdı. Heç belə də general olarmı? Amma olurmuş...Çünki o ev üçün döyüşməmişdi ki, mal-mülk davası aparsın.

 

Onun davası Qarabağ davası idi. Vətən borcunu çiyinlərində yük kimi daşımırdı, ürəyində sevgi ilə gəzdirirdi. Görünür, o da anlamışdı dünyada heç bir malın-mülkün şərəfdən, vətən sevgisindən üstün olmadığını. Çünki o, "kabinet generalı" deyildi. O da bilirdi ki, Süleymana qalmayan dünya heç kimə qalmayacaq. Amma ona qalan nə oldu? 10 milyonun sevgisi...Generalın ölümü ile bu xalq meydan hadisələrindən bu yana göstərmədiyi birliyi nümayiş etdirdi bir gündə. Yenidən meydana toplaşdılar. Bəli, xalq öz generalına sahib çıxdı. Öz qəhrəmanını, sözün əsl mənasında öz milli qəhrəmanını qürurla qarşıladı... Deyirəm axı generalımın ölüsü də gözəldir...Çünki asan deyil dağ boyda general itirmək. Axı, belə generallar da nadir hallarda gəlir dünyaya. Baxmayaraq ki, Azərbaycanın müstəqilliyindən bu yana İsmət Qayıbov, Məhəmməd Əsədovdan sonra itirdiyi üçüncü generali idi, amma onun üçün toplaşan xalqın önünə Azəbaycanın bir məmuru tapılmadı qarşıya çıxmağa. Bəlkə, də utandılar çıxın baş saglığı vermyə. Axı ayıbdır general itirmək. Həm də bir qarış torpaq belə almadan...

 

Necə demişdi generalın bacısı? Şəhid kasıbın şəhidir. Elə belə göründü ki, general da kasıbın generalı idi. Nə yaxşı da kasıbın generalı idi. İnanıram ki, bundan sonra Polad deyiləndə ağıllara müğənnilər deyil, elə Polad Həşimov gələcək. Övladlarını polad kimi görmək istəyənlər isə onlara Polad adı qoyacaq. Çünki Polad Həşimov kimi Poladların çox olması Vətənə ancaq baş ucalğı gətirə bilər...
Məmləkətimin başı sağ olsun!

 

Leyla BEHBUDLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Rusiya parlamentləri arasında iş planı imzalandı 17 İyun 2021, 00:30 Bakıda çimərlikdə kütləvi dava - bıçaqlananlar var 17 İyun 2021, 00:18 Depay "Barselona"ya keçir 17 İyun 2021, 00:04 Ramos "Real"dan getdi 16 İyun 2021, 23:50 Paytaxtda piyadanı maşın vurdu 16 İyun 2021, 23:42 Qaret Beyl Bakıdakı matçın ən yaxşısı seçildi 16 İyun 2021, 23:28 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 16 İyun 2021, 23:15 Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00 Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi 16 İyun 2021, 17:55
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?