Ermənilər Polşadakı Azərbaycan Səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyi planlaşdırır.
Bu barədə Modern.az-a Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli məlumat verib. Diaspor rəhbəri ermənilərə cavab olaraq Polşadakı həmvətənlərimizi bir olmağa çağırır:
"16 iyul saat 14:00-da ermənilərdən ibarət bir qrup Polşadakı Azərbaycan Səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyi planlaşdırır. Bununla bağlı kütləvi paylaşım və çağırışlar edirlər.
Bunun qarşısını almaq məqsədi ilə sabah saat 13:00-da hamımız bir nəfər kimi bayraqlarımızla səfirliyimizin qarşısında olmalıyıq . Gəlin birlikdə bu təxribatın qarşısını alaq".
Diaspor nünmayəndəsi hazırda Polşadakı vətəndaşlarımız toplanmasına nəzarət edir.