Modern.az

“Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova

“Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova

16 İyul 2020, 19:17

Rusiya XİN və Müdafiə Nazirliyi vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və vəziyyəti normallaşdırmaq məqsədi ilə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyir.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda RF XİN başçısının Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşünün mümkünlüyünü şərh edən Zaxarova qeyd edib ki, belə bir görüşün təşkil ediləcəyi təqdirdə bu barədə vaxtında məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı