Arxiv
24 İyul 2020, 15:07 | İQTİSADİYYAT
Azərbaycanda 500 milyon manata yaxın biznes krediti üçün müraciət olunub - Nazirlik

Məlumat verildiyi kimi, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb və 30 iyun tarixindən sahibkarların istifadəsinə verilib. Hazırda kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və kredit təşkilatları tərəfindən təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması ilk dəfə tətbiq olunan bu platforma vasitəsilə həyata keçirilir.

 

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, 22 iyul tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 495 milyon manat olan 1447 müraciət daxil olub:

“Artıq bir sıra müraciətlərə baxılıb və 46 müraciət üzrə ümumi həcmi 5.6 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək”.

 

Rəsmi məlumata görə, biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır:

“Belə ki, sahibkarlar kredit üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə İqtisadiyyat Nazirliyində və müvəkkil kredit təşkilatlarında eyni vaxtda baxılır, eləcə də müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin edilir, sağlam rəqabət mühiti formalaşdırılır, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, vaxta və xərclərə qənaət olunur».

 

Qeyd edilib ki, bu gündən etibarən Elektron Kredit Platformasında sahibkarlar üçün əlavə olaraq yeni bir imkan da yaradılıb:

“Belə ki, artıq sahibkarlar biznes kreditlərinin alınması üçün 3 kredit təşkilatını seçə və eyni vaxtda 3 kredit təşkilatına müraciət edə bilərlər. Bu isə, sahibkarların kreditlərə çıxış imkanlarını daha da artırmaqla yanaşı, kredit təşkilatları arasında sağlam rəqabət mühitinin formalaşmasına müsbət təsirini göstərəcək”.

 

Qeyd edək ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir.

Sahibkarlar aldıqları kreditləri təyinatı üzrə istifadə etməli və digər kredit öhdəliklərinin bağlanmasına yönəltməməlidirlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?