Modern.az

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımıza müraciət etdi

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımıza müraciət etdi

26 İyul 2020, 00:25

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı bu ölkədə ermənilərin təxribatlarına uymamağa çağırıb.

 

Səfirlikdən Modern.az-a daxil olan müraciətdə deyilir: “Çox dəyərli həmvətənlərimiz, soydaşlarımız, Azərbaycan vətəndaşları! Bu gün beynəlxalq arenalarda, cəbhədə uduzan Ermənistan hiyləgər siyasət yeridərək dünyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlıları təxribata çəkir. Onlar ayrı-ayrılıqda vandal hərəkətlərini videoya çəkib yaymaqla, sizləri təxribata vadar edirlər. Biz öz gücümüzü cəbhədə göstərmişik və bundan sonra da düşmən layiqli cavabını alacaq. Qətiyyən təxribatlara uymamaq lazım, səbirlə, yaşadığınız ölkənin qanunlarına uyğun hərəkət etməyinizi xahiş edirik. Çünki düşmən çox hiyləgərdir, döyüşü Qarabağdan yayındırıb, uzaq yerlərə, məkanlara daşımaq istəyir”.

 

Müraciətdə daha sonra qeyd edilir: “Sizin hər bir səbirsiz və düşünülməmiş emosional hərəkətinizi düşmənlərimiz Azərbaycana qarşı istifadə edərək, imicimizi zərbə altında qoymağa cəhd edir. Biz onlara bu fürsəti və imkanı verməməliyik. Biz Vətənə misilsiz sevgimizi-inanırıq ki, bu an uzaqda deyil-Qarabağın azadlığı uğrunda göstərəcəyik!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır