Arxiv
30 İyul 2020, 16:16 | İQTİSADİYYAT
Azərbaycanda turizm sektorunun BÖHRANI: Ötən illə müqayisədə 56% geriləmə var

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib.

 

Dövlət Staistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə,  mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə müşahidə edilib:

“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmış, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 55,9 faiz azalaraq 585,9 min olub.

Cari ilin yanvar-iyun aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin 58,8 faizi Bakıda, 8,1 faizi Qəbələdə, 8,0 faizi Qusarda, 4,7 faizi Qubada, 4,2 faizi Naftalanda, 3,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,7 faizi Lənkəranda, 1,4 faizi Şabranda, 1,1 faizi Mingəçevirdə, 0,8 faizi Gəncədə və 8,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb”.

 

Rəsmi məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 64,3 faiz azalaraq 340,8 min olub ki, bu da ümumi gecələmələrin 58,2 faizini təşkil edir:

 

“Gecələmələrin 15,6 faizi Rusiya Federasiyası, 11,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,2 faizi Səudiyyə Ərəbistanı, 6,8 faizi Türkiyə, 6,4 faizi Hindistan, 5,3 faizi Böyük Britaniya, 5,0 faizi Küveyt, 3,3 faizi İran, 2,9 faizi İsrail, 2,2 faizi ABŞ, 1,8 faizi Qətər, 1, 7 faizi İraq, 1,6 faizi Almaniya, 1,5 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,2 faizi İtaliya,1,2 faizi Ukrayna, 1,0 faizi Gürcüstan, 0,9 faizi Bəhreyn, 17,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 75,3 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,8 faizi Qəbələdə, 4,5 faizi Naftalanda, 3,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,3 faizi Qubada, 2,2 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 34,4 faiz azalaraq 245,1 min olub”.

 

6 ay ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,6 faiz azalaraq 72,0 milyon manat olub ki, onun da 58,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

“Hesabat dövründə mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,6 faiz səviyyəsində olub (2019-cu ilin yanvar-iyun aylarında 21,6 faiz). Bu göstərici Beyləqanda 21,8 faiz, Naftalanda 21,7 faiz, Qusarda 13,6 faiz, Şabranda 12,8 faiz, Qubada 11,8 faiz, Bakıda 11,4 faiz, Qəbələdə 11,0 faiz, Biləsuvarda 10,4 faiz, Cəlilabadda 9,2 faiz, Sabirabadda 9,2 faiz, Göyçayda 9,2 faiz, Naxçıvan Muxtar Respublikasında 8,3 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi 14 Avqust 2020, 21:33 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40