Arxiv
30 İyul 2020, 17:11 | ÖLKƏ
“Qurduğu oyunlar bumeranq kimi özünə qayıdır” - Eldar Namazovdan Ramiz Mehdiyevin son açıqlamasına REAKSİYA

Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin son açıqlaması siyasi kluarlarda müzakirə olunmaqdadır.

Həmin açıqlamada R.Mehdiyev dolayısı ilə hakimiyyətdaxili və iqtidara qarşı intriqa ilə məşğul olması barədə son vaxtlar özünə yönələn ittihamları təkzib etməyə çalışıb.

R.Mehdiyev ölkə rəhbərliyinə sadiq olduğunu vurğulayaraq deyib:

“Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz”.

Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov isə əksini düşünür. O, Modern.az-a açıqlamasında Ramiz Mehdiyevin bir vaxtlar qurduğu oyunun indi özünə geri döndüyünün bildirib:
 

“Azərbaycanda daxildə düşmən axtarmaq, başqa fikirdə olan adamlara “xalq düşməni” damğasını vurmaq ənənələrini elə Ramiz Mehdiyev qoyub. O hakimiyyətdə təmsil olunanda da bunu gizlətmir, müxtəlif məqalələrində sadalayırdı ki, “5-ci kolon”dan olan adamlar kimlərdir, təşkilatlar hansılardır.
Onun Prezident Administrasiyasının rəhbəri kimi atdığı addımlar nəticəsində  yüzlərlə təşkilata müxtəlif təzyiqlər edilir, xeyli adam həbs olunur, nə qədər insan xaricə getməyə məcbur qalırdı. Yəni o vaxtlar bu ideologiyanı gizlətməyən Ramiz Mehdiyev düşünmürdü ki, nə vaxtsa elə bir gün gələcək,  onun bu ideologiyası bumeranq kimi özünə qayıdacaq. O da indi özünü bu ideologiyadan yayındırmaq üçün o vaxt dediklərinin əskini deyir və yazır.

Burda çox böyük qeyri-səmimilik görürəm və onun şəxsi maraqları hər şeydən üstün tutmağını hiss edirəm. Ramiz Mehdiyevə qarşı olan ittihamları xaricdə fəaliyyət göstərən blogerlər yox, Azərbaycanda yaşayan və hakimiyyətə yaxın olan deputatlar, müstəqil şəxslər, ziyalılar səsləndirir. Xaricdəki bloger və telekanallar Bakıda səslənən ittihamlara görə məsələni araşdırıb hansısa şərh irəli sürürlər. Ramiz Mehdiyevi uzun illər tanıyan və onun hansı işlərlə nəşğul olduğunu bilənlər ona qarşı iradlarının səsləndirilər. Gülməlidir ki, o hər şeyi xaricdə yaşayan hansısa qüvvələrin üstünə atır. İndiyə qədər mən görməmişəm ki, Milli Elmlər Akademiyasının əvvəlki rəhbərliyi onun kimi bəyanatlarla çıxış etsin. Nədir yəni, bəlkə Ramiz Mehdiyev yenə də Prezident Administrasiyasının rəhbəridir?!”.

 
E.Namazov Ramiz Mehdiyevin uydurma bir sahə üzrə elmlər namizədi olması məsələsinə də diqqət çəkib:

 

“Milli Elmlər Akademiyasının başında həmişə xaricdə alim kimi ad qazanmış savadlı şəxslər dayanırdı. Ancaq indi mən Elmlər Akademiyasının saytında Ramiz Mehdiyevin tərcümeyi-halına baxıram, onun elmə verdiyi töhfələri təsdiq edən heç bir sənəd yoxdur, o sıfırda dayanıb. Saytda başqa bölməyə keçirsən, keçmiş akademiklərin yüzlərlə adı, nailiyyəti var. Amma Ramiz Mehdiyevin bu günədək akademik olub bir dənə də elmlər namizədi yetişdirə bilməməyi də qəribə məsələdir. Ramiz Mehdiyev vaxtilə sadəcə “elmi komunizm” adlı uydurma bir elmlə məşğul olub. Bu elmi də İkinci Dünya Müharibəsində uydurmuşdular və Qorbaçovun da vaxtında artıq həmin elmə aid  bütün institut və kafedralar ləğv olundu. Gülməlisi də odur ki, Ramiz Mehdiyev də bu ləğv olunan elm üzrə elmlər namizədi olub. Çox təəssüf edirəm ki, bu qədər dünya şöhrətli alim olan ölkənin Milli Elmlər Akademiyasının saytında  rəhbər olaraq elmi nailiyyətləri sıfır olan bir şəxsin məlumatı yerləşdirilib. Onu bir dənə Nyu-York Elmlər Akademiyası tanıyır ki, ora da kitabxana kimi bir şeydir və məktəbli də 125 dollar ödəyib üzv ola bilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək   11 Aprel 2021, 14:02 Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlara Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33