Arxiv
1 Avqust 2020, 15:16 | AKTUAL
Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın təxribatlarını qınayıb

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayıb.

 

Səfirlikdən Modern.az-a verilən məlumatda deyilir: “12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın ərazisindəki hərbi mövqeləri ələ keçirmək cəhdlərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb. Artilleriya atəşi ilə müşayiət olunan 5 günlük intensiv hərbi toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisi, o cümlədən bir neçə zabiti, eyni zamanda Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı sakini, mülki şəxs Əziz Əzizov həyatını itirib.

 

Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.

Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun - dövlət ərazisinin beşdə bir hissəsinin - qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir.

 

Azərbaycan uzun illərdən bəri aparılan danışıqların nəticə verməməsinə, eləcə də Ermənistandan hüquqi, siyasi, hərbi-texniki və iqtisadi üstünlüyünə baxmayaraq, indiyə qədər Ermənistanın təcavüzünün ağır nəticələrini daşımalı olsa da, bu günə qədər sülh prosesinə sadiq qalıb. Sülh prosesində hər zaman substantiv danışıqları əngəlləyən və status-kvonun möhkəmlənməsinə çalışan Ermənistan isə beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin tələblərindən yayınmaq məqsədilə bu cür təxribatlar və gərginliklər yaratmaqla sülh prosesini təhlükə altına almağa səy göstərir.

 

Görünür ki, bu ölkə təqribən 30 ildən bəri davam edən işğalçılıq siyasəti qarşılığında beynəlxalq birlik tərəfindən təzyiq görmədiyi üçün qonşu Azərbaycanın yeni ərazilərini işğal etmək həvəsinə düşməkdən də çəkinmir.

Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə törətdiyi zorakılıq aktları və bunun ardınca özünün səbəb olduğu eskalasiya ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi iclasını çağırmaq cəhdi sübut edir ki, o, hərbi müttəfiqlərini də Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Amma Ermənistan bu niyyətinə çata bilməyib.

 

Azərbaycan bundan sonra da BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək, öz ərazisi və əhalisini istənilən təcavüz aktından qorumaq üçün lazım olan bütün tədbirləri görəcəkdir.

Birmənalı olaraq Azərbaycan ərazilərinin beynəlxalq hüquq normalarına zidd şəkildə işğal altında saxlanmasının nəticəsi olan yeni gərginliklə bağlı artan təzyiqdən xilas olmaq və əvvəllər olduğu kimi danışıqlar prosesini əngəlləmək məqsədilə Ermənistan indi də Ermənistan-Azərbaycan münaqişəsini etnik zəminə keçirməyə çalışır. Buna nail olmaq üçün Ermənistan ermənilər və azərbaycanlılar arasında məqsədli təxribatlar törətmək və Azərbaycanın diplomatik nümayəndəliklərinin ünvanına böhtan atmaqla xarici ölkələrdə nifrət və zorakılıq aksiyalarını təşviq etməyə çalışır. ABŞ, Rusiya və Avropa ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı nifrətlə köklənmiş erməni mənşəli şəxslər tərəfindən vəhşicəsinə hücumlar edilib. Onlarla cinayətkar həbs olunub.

Öz zorakılıq aksiyalarını pisləmək əvəzinə rəsmi erməni tərəfi və erməni diaspor təşkilatları bugünlərdə Almaniyadakı və digər müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının guya zorakılıq fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Bu iddialar yalandır və onları qətiyyətlə rədd edirik!

Cinayətkar əməllər müvafiq ədliyyə orqanları tərəfindən araşdırılmalıdır. Müəyyən hadisələrlə bağlı hüquqi mühakimə olmadan kimisə günahlandırmağın adı böhtandır.

Biz öz tərəfimizdən, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi, Almaniyada yaşayan bütün azərbaycanlıları rasional davranmağa, təxribata imkan verməməyə və ədalət naminə mübarizəni yalnız qanun çərçivəsində davam etdirməyə çağırırıq!”.

Mətbuat relizi Almaniyanın aşağıdakı xəbər portallarında alman dilində dərc olunub:

https://pressemitteilungen.sueddeutsche.de/botschaft-der-republik-aserbaidschan-4667548

https://www.tagesspiegel.de/advertorials/ots/botschaft-der-republik-aserbaidschan-die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland/26056420.html

https://www.presseportal.de/pm/105475/4667548

https://www.aachener-nachrichten.de/advertorials/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529481

https://your-first-way.com/2020/07/31/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland/

https://www.volksfreund.de/pr/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529469

https://www.saarbruecker-zeitung.de/pr/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529499

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49 Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək 11 Avqust 2020, 20:35