Modern.az

“ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi

“ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi

Aktual

3 Avqust 2020, 17:29

2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

 

Modern.az-ın məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiayalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev qeyd edib ki, 30 milyon SMS realizə olunub:

"Gündəlik olaraq 770 min şəxs SMS icazədən istifadə edirdi".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır