Modern.az

İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır

İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır

Aktual

3 Avqust 2020, 19:14

İsveç Azərbaycanlılarının Kordinasiya Şurasının Əlaqələndiricisi İradə Əliyeva mətbuatda yayılan xəbərlərlə bağlı təkzib yayıb. Modern.az xəbər verir ki, diaspor üzvü ermənilərin azərbaycanlıya xəsarət yetirməsi barədə xəbəri təkzib edib.

 

“Mən İsveç Azərbaycanlılarının Kordinasiya Şurasının Əlaqələndiricisi olaraq rəsmi məlumat verirəm ki, müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə  İsveçin Yöteborq şəhərində yaşayan Kənan Rüstəmova ermənilər tərəfindən təcavüz edilməsi haqqında yayılan məlumat tamamilə yanlışdır. Bu məlumatın yanlış olduğunu Kənan Rüstəmovun həyat yoldaşı Ülviyyə Nəcəfova təsdiqləyib və öz tərəfindən də rəsmi olaraq bütün mətbuat orqanlarınadavə sosial şəbəkələrdə yayılan məlumatın yanlışlığı haqqında da məlumat verib.
Qeyd edim ki, Kənan Rüstəmov səhhəti ilə əlaqədar xeyli müddət bundan əvvəl həkimlər tərəfindən bu günə planlaşdırılmış əməliyyatdan keçib, hal hazırda xəstəxanadadır və səhhəti qənaətbəxşdir.
Kənan Rüstəmovun ailəsi və biz digər azərbaycanlılar bu yanlış məlumatı bir təxribat kimi qiymətləndiririk və ümid edirik ki, bu yanlış məlumatın nə məqsədlə və kimlər tərfindən yayıldığı tezliklə aydınlaşacaq.
Biz İsveçdə yaşayan azərbaycanlılar dünyanın bir çox ölkələrində soydaşlarımıza  qarşı olan hücum və təxibatlardan xəbərdarıq və yaşadığımız ölkədə soydaşlarımızı təxribatlara uymamağa, öz tələb və dəstəklərimizi sakit və qanuni yolla həyata keçirməyə səsləyərək  tədbirlərimizi bu müstəvidən həyata keçiririk.”

İradə Əliyeva Söderberg
İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının Əlaqələndiricisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi