Arxiv
4 Avqust 2020, 14:09 | AKTUAL
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub

 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) bir neçə departamentə rəhbər təyin olunub.

Bu barədə Modern.az-a Mərkəzin mətbuat xidmətindən bildirilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmrilə Mərkəzin əməkdaşı Rəşad Hüseynov İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri təyin olunub. Rəşad Hüseynov Almaniyanın nüfuzlu Bonn Universitetində iqtisadiyyat üzrə magistratura pilləsini bitirib, daha sonra isə elə həmin universitetdə tətbiqi iqtisadiyyat və kənd təsərrüfatının iqtisadiyyatı üzrə doktorluq dissertasiyasını fərqlənmə ilə müdafiə edib. Rəşad Hüseynov müxtəlif illərdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən Asiya İnkişaf Bankının (ADB), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (UN FAO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), BMT-nin inkişaf Proqramının (UNDP) məsləhətçisi kimi çalışmışdır. Bundan əlavə, o ADA və Xəzər Universitetlərində iqtisadiyyat üzrə müxtəlif fənlərin tədrisi ilə məşğul olub.

 
İİTKM-in maliyyə analitiki Ayaz Museyibov icraçı direktorun əmri ilə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri təyin olunub. Yeni departament rəhbəri əmək fəaliyyətinə Mərkəzi Bankda başlayıb. 2016-cı ildən fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentində davam etdirib. 2018-ci ildə isə Azərbaycan Kredit Bürosunda çalışıb, özəl bank sektoru və bir sıra dövlət qurumlarında fəaliyyət göstərib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində doktorantdır.

 
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının digər əmri ilə gəlir-xərc analitiki Yusif Səfərov Səmərəliliyin qiymətləndirilməsi departamentinin rəhbəri təyin olunub. Qeyd edək ki, Y. Səfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib, Bakı Mühəndislik Universitetində MBA təhsili alıb və hazırda Azərbaycan Dövlət İqtisad Universitetində doktorantdır. 2014-cü ildə SOCAR-da iqtisadçı, 2016-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə çalışıb.  

 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr Departamentinin rəhbəri isə Vüsalə Cəfərova təyin olunub. İqtisadiyyat üzrə fəlsəfə doktoru Vüsalə Cəfərova Bakı Dövlət Universitetində bakalavr təhsilinin ardınca Asiya İnkişaf Bankının maliyyə ixtisası üzrə beynəlxalq MBA və Harvard Universitetində (Kennedi Hökumət Məktəbi) dövlət maliyyə idarəçiliyi və Mançestr Universitetində biznes menecmenti üzrə ixtisasartırma təhsili alıb. Asiya İnkişaf Bankının Filippindəki yerli nümayəndəliyinin direktorunun məsləhətçisi kimi üç ildən artıq fəaliyyət göstərib. İqtisadiyyat Nazirliyi və bir sıra beynəlxalq təşkilatlarda 10 ildən artıq iş təcrübəsinə malikdir.

 
Mərkəzdə daha bir dəyişikliyə əsasən 2017-ci ildən Azexport portalının meneceri kimi fəaliyyət göstərən Ayxan Qədəşov portal rəhbəri təyin olunub. A. Qədəşov Odessa Milli Rabitə Akademiyasının İqtisadiyyat İnstitutunda bakalavr və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasi üzrə magistr təhsili alıb. 2012-2016-ci illərdə bir sıra özəl və dövlət qurumlarında çalışıb.

Yeni təyin olunan departament rəhbərləri artıq vəzifələrinin icrasına başlayıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00