Modern.az

Baş infeksionist: “Virus yayda qanunauyğunluğa tabe olmadı, payızda əksi gözlənilir”

Baş infeksionist: “Virus yayda qanunauyğunluğa tabe olmadı, payızda əksi gözlənilir”

6 Avqust 2020, 12:45

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil edilən son bir neçə birifinqdir ki, payız aylarında Azərbaycanda epidemioloji vəziyyətin pisləşəcəyinə dair xəbərdarlıqlar səsələndirilir.

Payızda bizi gözləyən ən pis nə ola bilər?

 

Respublikanın baş infeksionisti Cəlal İsayev Modern.az-a bildirib ki, pandemiyanın davam etməsi payızda vəziyyətin pisləşməsinə gətirib çıxara bilər:

 

“Koronavirus soyuq iqlimə daha davamlıdır, nəninki isti iqlimə. Bu nöqteyi-nəzərdən payızda mövsümi qriplə yanaşı, COVİD-19-un artma ehtimalı gözləniləndir”.

Baş infeksionistə Azərbaycanda məhz yay aylarında koronavirusun daha çox yayıldığını xatırlatdıqda, o deyib:

“Bəli, doğrudur, yayda koronavirus bu qanunuyğuluğa tabe olmadı. Amma soyuq havada təsiri gözlənilir. Xüsusilə yayın başlanğıcında insanlarımızın koronavirusa barmaqarası baxmağı, şübhə ilə yanaşması, bəzi gənclərin səhlənkarlığı, koronavirusu saymamaları, kütləvi toplaşmaları yoluxma sayının artımına səbəb olan faktorlardır”.

 

C.İsayev deyib ki, son günlər yoluxma sayındakı sürətli azalma vəziyyətin nəzarətə götürüldüyündən xəbər verir:

“Əgər biz arxayınlaşmasaq, tələblərə riayət etsək, payızda da virusu dəf etmiş olarıq. Hər şey bizim gigiyenik qaydalara riayət etməyimizdən, tibbi maska və dezinfeksiya məhlullarından istifadəmizdən asılıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir