Arxiv
7 Avqust 2020, 20:51 | ÖLKƏ
10 avqustdan bu qadağalar götürülür - RƏSMİ

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Modern.az xəbər verir ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən  sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

-    Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

-    Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

-    maşın və avadanlıqların istehsalı;

-    elektrik avadanlıqlarının istehsalı;

-    kompüter, elektron və optik məhsulların istehsalı;

-    avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

-    sair nəqliyyat vasitələrinin istehsalı;

-    poliqrafiya məhsullarının istehsalı;

-    zərgərlik məmulatlarının istehsalı;

-    musiqi alətləri, idman mallarının istehsalı;

-    geyim istehsalı;

-    toxuculuq sənayesi;

-    ayaqqabıların istehsalı;

-    dəri və dəri məmulatlarının istehsalı;

-    tütün məmulatlarının istehsalı;

-    sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

-    Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
-    Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
-    Mühəndislik və layihələndirmə xidmətləri;
-    Qablaşdırma məhsullarının istehsalı;
-    Daş, metal və taxta məhsullarının istehsalı;
-    Mebel istehsalı və təmiri;
-    Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
-    Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
-    Onlayn satışlar;
-    Kimyəvi təmizləmə;
-    Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
-    Avtomobillərin təmiri;
-    Avtomobil yuyulma məntəqələri;
-    Heyvan sığınacaqları;
-    Tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

   - Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:19 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:18 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10 Əczaçılıq sahəsinin reallıqları və perspektivləri 25 Sentyabr 2020, 15:04 Azərbaycanda yeni alüminium zavodu tikiləcək 25 Sentyabr 2020, 14:58 2021-ci ildə Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək ? – TƏQVİM 25 Sentyabr 2020, 14:52 AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq - VİDEO 25 Sentyabr 2020, 14:47 DİM abituriyent və subbakalavrlara müraciət etdi 25 Sentyabr 2020, 14:42 Xarici İşlər Naziri Yunanıstanın Azərbaycandakı yeni səfirini qəbul edib 25 Sentyabr 2020, 14:36 “Cənnət bağı”nda ağac kəsənlərə cinayət işi açıldı 25 Sentyabr 2020, 14:30 Ceyhun Bayramov XİN başçılarının iclasında iştirak etdi 25 Sentyabr 2020, 14:24