Arxiv
8 Avqust 2020, 20:00 | ÖLKƏ
Baş Nazirdən XƏBƏRDARLIQ: “Məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək” 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, və 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər.

Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 06-da keçirdiyi video müşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib.

Baş Nazir Əli Əsədov bildirib ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib.


Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.

Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir.

Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək.

Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir.
Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Pezidentə məruzə edəcək.

Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi.

Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47