Modern.az

Erkin Qədirli Lukaşenkonun qələbəsinin Azərbaycana 3 faydasını SADALADI

Erkin Qədirli Lukaşenkonun qələbəsinin Azərbaycana 3 faydasını SADALADI

10 Avqust 2020, 13:18

Milli Məclisin deputatı, ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Erkin Qədirli Belarusda prezidentliyə namizəd olan Aleksandr Lukaşenkonu müdafiə edən fikirlər paylaşıb.

 

Modern.az- xəbər verir ki, özünün sosial şəbəkə hesabında A. Lukaşenkonun müsbət tərəflərini qeyd edən deputatın bu tərənnümü birmənalı qarşılanmayıb.

Erkin Qədirlinin sosial şəbəkədə paylaşdığını fikirləri olduğu kimi təqdim edirik:

“Başqa ölkələrdə keçirilən seçkilərdə iki önəmli məsələyə diqqət ayırmaq gərəkdir: 1) oradakı iqtidarın bizə münasibəti; 2) oradakı müxalifətin bizə münasibəti. Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır.

 

Belarusa gəlincə: 1) Lukaşenko ODKB-də Putinlə dirəşir; 2) Ermənistana təpinir; 3) bizə ağır silah satır. Bu, az deyil. Oradakı müxalifətin bizə münasibətini bilirikmi? Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?