22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
12 Avqust 2020, 09:00 | AKTUAL
“Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı,  Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitlərin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün saxlanılıblar. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan  1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

 

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Rayon Polis Şöbəsinin  daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisndəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva Şağan qəsəbəsindəki bağçanın açılışında iştirak edib 22 Sentyabr 2020, 16:11 Ermənistanın da aldığı Su-30 qırıcısı QƏZAYA UĞRADI 22 Sentyabr 2020, 16:06 Dilbilməz-1 22 Sentyabr 2020, 16:02 Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında... 22 Sentyabr 2020, 15:52 İqtisadiyyat Nazirliyində yeni TƏYİNAT 22 Sentyabr 2020, 15:47 Toponimiya komissiyası Saqian kəndinin Günəşli adlandırılmasını BƏYƏNDİ 22 Sentyabr 2020, 15:46 “Torqovı”da geyim mağazasında YANĞIN 22 Sentyabr 2020, 15:41 Psixiatriya Xəstəxanasının xəstələri digər poliklinikalara köçürülür - SƏBƏB 22 Sentyabr 2020, 15:36 Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi 22 Sentyabr 2020, 15:34 Azərbaycanda virusdan sağalanlar yoluxanları yenidən üstələdi - 2 ölüm 22 Sentyabr 2020, 15:30 Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı 22 Sentyabr 2020, 15:24 Azərbaycanda həkimlərin sayı kəskin azalıb 22 Sentyabr 2020, 15:18 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  - FOTO 22 Sentyabr 2020, 15:12 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15