Modern.az

Köçəryan MSK-nı məhkəməyə verdi

Köçəryan MSK-nı məhkəməyə verdi

Dünya

20 İyun 2026, 13:36

Ermənistanın eks-prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan İnzibati Məhkəmədə Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddia qaldırıb.

Modern.az xəbər verir ki, iddiada Robert Köçəryan MSK-nın qərarını mübahisələndirib. Görünür, söhbət 17 iyunda MSK-nın onun barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə qərarından gedir.

“Factinfo”nun məlumatına görə, iddia ötən gün axşam məhkəməyə daxil olub və hakim Qriqor Arakeliana göndərilib. İddianın icraata qəbul edilib-edilməməsi barədə hələ qərar yoxdur.

Qeyd olunur ki, Robert Köçəryan barəsində cinayət təqibi 22 il əvvəl hökumətin qəbul etdiyi bir qərarla bağlı iş üzrə başlanıb. Konkret olaraq, 2004-cü ildə həyata keçirilmiş və Ermənistan hökuməti tərəfindən təsdiqlənmiş bir sövdələşmə məsələsindən söhbət gedir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi