ABŞ Prezidenti Donald Tramp “Axios” portalına verdiyi müsahibədə iranlı general Qasım Süleymaninin öldürülməsini ətraflı təsvir edib, bu əməliyyatı yenidən öz xarici siyasətinin əsas qərarlarından biri adlandırıb, Süleymaninin Yaxın Şərqdəki silahlı münaqişələrdəki rolunu vurğulayıb.
Modern.az xəbər verir ki, jurnalist Stiv Kaputonun suallarını cavablandıran Tramp Süleymani barədə sərt ifadələr işlədərək, onu amerikalı hərbçilər və müttəfiqlər arasında baş vermiş böyük itkilərə görə məsul hesab edib.
“Onların generalını məhv etdim. Süleymani yolkənarı partlayıcı qurğuların (minaların) atası idi. Əllərini, ayaqlarını itirmiş, üzləri ağır yaralanmış əsgərləri görəndə bilin ki, bunun 96,2%-i İranla bağlıdır. Bütün bunlar Süleymanidən qaynaqlanırdı. Bu, onun ən sevdiyi silah idi. Və mən onu öldürdüm”.