Modern.az

Avropaya qaçqın kimi gələn gəncdən nümunəvi addım

Avropaya qaçqın kimi gələn gəncdən nümunəvi addım

Aktual

14 Avqust 2020, 15:38

Qəzzanı qaçqın olaraq tərk etdikdən sonra Şadi Məhəmmədəli özünü onunla oxşar problemlər yaşayan insanlara kömək etməyə həsr etməyə qərar verir. Bu gün o, Yunan düşərgəsində sığınacaq axtaranlar üçün bir QHT-də işləyir və onlara özlərini COVID-19-dan necə qoruya biləcəklərini izah edir.

 

Modern.az news.un.org-a istinadən bildirir ki, indi QHT Beynəlxalq Xilasetmə Komitəsində (IRC) fəaliyyət göstərən cənab Məhəmmədəli bir ildir ki, Leros adasında BMT-nin qaçqınlar agentliyi, UNHCR tərəfindən idarə olunan qaçqın düşərgəsində yaşayır və bu müddət ərzində ingilis, fransız və yunan dillərini öyrənib.

 

Hekayəsini 19 Avqust Ümumdünya Humanitar Günü öncəsi, BMT Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) tərəfindən gerçəkləşən #RealLifeHeroes kampaniyasının bir hissəsi olaraq bölüşən Şadi Məmmədəli qeyd edir ki, 2018-ci ilin noyabr ayında Qəzzanı tərk etməyə məcbur olub və xəyalı sadəcə olaraq, insanlar hüquqlarının pozulmadığı bir mühitdə yaşamaq olub.

 

Əvvəlcə maşınla Qahirəyə, oradan da təyyarə ilə İstanbula gəlməyə müvəffəq olsa da, Yunanıstana getmək elə də asan olmayıb. Dördüncü cəhdində Aralıq dənizini keçib Yunanıstanın Laros adasında qaçqın düşərgəsində özündən əlavə 9 qaçqınla birlikdə qalıb və bu müddət ərzində İT dərsləri alıb və ingilis dilinə yiyələnib. Fransız və Yunan dillərini də öyrəndikdən sonra müvəqqəti yaşayış icazəsi alıb. Düşərgədəki könüllülərdən hamıya qarşı bərabər münasibəti gördükdən sonra düşünüb ki, o da artıq onlar kimi başqalarına kömək  edə bilər.

 

Hal-hazırda başqa qaçqınların keçirdiyi hissləri çox yaxşı başa düşdüyünü və onlara kömək etdiyi zaman özünü xoşbəxt hiss etdiyini deyir. Çünki sadə bir sözün belə qaçqınlar üçün böyük bir məna ifadə etdiyini ondan yaxşı başa düşən olmaz.

 

Mona ZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür