Modern.az

Azərbaycan İnvestisiya Holdinqinə Baş icraçı direktor TƏYİN EDİLDİ

Azərbaycan İnvestisiya Holdinqinə Baş icraçı direktor TƏYİN EDİLDİ

İqtisadiyyat

25 Avqust 2020, 14:08

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Modern.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü