Arxiv
31 Avqust 2020, 16:50 | ALLAH RƏHMƏT ELƏSİN
Azərbaycanda kimyaçı alim vəfat etdi

Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazov 88 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, Tofiq Həsən oğlu Alxazov 1932-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olub.

O, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu “mühəndis texnoloq” ixtisası üzrə bitirib, 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Alim 1961-1962-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elmi-tədqiqat işləri şöbəsində Kimya sektorunun rəhbəri, 1962-1970-ci illərdə Fiziki kimya kafedrasının dosenti, 1970-1998-ci illərdə həmin kafedranın müdiri, 1970-1978-ci illərdə isə ADNA-da elmi işlər üzrə prorektor vəzifələrində çalışıb.

T.Alxazovun elmi tədqiqatlarının əsas istiqaməti oksidləşdirici heterogen katalizi sahəsi olub. Onun rəhbərliyi ilə ilk dəfə keçmiş SSRİ məkanında tərkibində molibden saxlayan oksid katalizatorlarından istifadə edilərək bir sıra qiymətli üzvi maddələrin alınmasının üsulları işlənib hazırlanıb və sənaye miqyasında tətbiq edilib.

T.Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olub. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.

Uzun müddət ABŞ-ın Kaliforniya ştatında yerləşən Parsons şirkətində elmi məsləhətçi kimi fəaliyyət göstərən alim Azərbaycan elmini ölkə hüdudlarından kənarda təmsil edib.


Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53 Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu 25 Oktyabr 2020, 00:40 Moskvada daha 68 nəfər koronavirusdan öldü 25 Oktyabr 2020, 00:33 Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan 25 Oktyabr 2020, 00:28 Gözün aydın, AZƏRBAYCAN! 25 Oktyabr 2020, 00:16 “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycan paylaşımı - FOTO 25 Oktyabr 2020, 00:09 Cəbhə gündəliyi: 24 oktyabrda nələr oldu... 25 Oktyabr 2020, 00:06 Əfqanıstanda partlayış - onlarla insan həlak oldu 24 Oktyabr 2020, 23:52 Daha bir hərbçimiz koronavirusla bağlı əhaliyə çağırış etdi - VİDEO 24 Oktyabr 2020, 23:48 Bakıda kütləvi dava - xəsarət alanlar var 24 Oktyabr 2020, 23:34 Fransa Türkiyədəki səfirini geri çağırdı 24 Oktyabr 2020, 23:28 Yolu keçən piyadanı maşın vurdu 24 Oktyabr 2020, 23:19 “General Həzi Aslanov” gəmisində partlayış olub 24 Oktyabr 2020, 23:13 Paşinyanın qızı rus xalqını təhqir edir 24 Oktyabr 2020, 23:06 Düşmənin hərbi obyektlərini və hədəflərini məhv edən zabitimiz- VİDEO 24 Oktyabr 2020, 22:51 Levandovski yeni rekorda imza atdı 24 Oktyabr 2020, 22:46 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO 24 Oktyabr 2020, 22:30 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır - Prezidentin köməkçisi 24 Oktyabr 2020, 22:16 ABŞ-ın Azərbaycandakı Səfirliyindən vətəndaşlarına terror təhlükəsi barədə XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 22:13 Hərbi pilotumuzdan Azərbaycan xalqına ÇAĞIRIŞ 24 Oktyabr 2020, 22:00 “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” 24 Oktyabr 2020, 21:50 “Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” - Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı 24 Oktyabr 2020, 21:39 Ermənistan döyüşlərdə uşaqlardan istifadə edir - VİDEO 24 Oktyabr 2020, 21:28 Düşmənin 19 hərbçisini məhv edən snayperçimiz - VİDEO 24 Oktyabr 2020, 21:18 “Ayaks”dan darmadağın - 13:0 24 Oktyabr 2020, 21:10 Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı - VİDEO 24 Oktyabr 2020, 21:04 “El Klassiko”nun qalibi müəyyənləşdi 24 Oktyabr 2020, 20:55 “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 20:45 Cüdoçumuz qızıl medal qazandı 24 Oktyabr 2020, 20:38 Şəkidə ağır yol qəzası 24 Oktyabr 2020, 20:29 ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir 24 Oktyabr 2020, 20:14