Modern.az

İmtahan proseslərində koronavirusa yoluxan olub? - RƏSMİ AÇIQLAMA

İmtahan proseslərində koronavirusa yoluxan olub? - RƏSMİ AÇIQLAMA

Təhsil

8 Sentyabr 2020, 15:16

İndiyədək imtahan proseslərində koronavirusa heç bir yoluxma qeydə alınmayıb.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, iyunun 1-dən başlayaraq, Dövlət İmtahan Mərkəzi imtahanlar keçirməyə başlayıb. İndiyədək 288 637 nəfərə biliyin qiymətləndirilməsi üzrə xidmət göstərilib: “Pandemiya şəraitində bütün sanitar-gigiyenik normalara riayət edilib”. 

 

M.Abbaszadə qeyd edib ki, sentyabrın 10-da buraxılış imtahanı verməyənlər üçün buraxılış imtahanları, sentyabrın 11-də jurnalistikaya qabiliyyət imtahanı, daha sonra isə rezidenturaya qəbul imtahanı keçiriləcək. Beləliklə, imtahanda iştirak edənlərin sayı 400 minə yaxın olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat