Modern.az

Qərbi Kaspi Universiteti abituriyentlər üçün hansı güzəşt və təqaüdlər nəzərdə tutur?

Qərbi Kaspi Universiteti abituriyentlər üçün hansı güzəşt və təqaüdlər nəzərdə tutur?

17 Sentyabr 2020, 09:50

Qərbi Kaspi Universiteti bu ixtisaslara qəbul elan edir:

 

I İXTİSAS QRUPU ÜZRƏ

-Kompüter mühəndisliyi
-İnformasiya texnologiyaları
-Cihaz mühəndisliyi
-Mexatronika və robototexnika mühəndisliyi
-Meşəçilik
-İnformasiya təhlükəsizliyi
-Mexanika mühəndisliyi

 

II İXTİSAS QRUPU ÜZRƏ


-İqtisadiyyat
-Maliyyə
-Menecment
-Biznesin idarə edilməsi
-Turizm işinin təşkili
-Beynəlxalq münasibətlər
-Regionşünaslıq
-Dövlət və bələdiyyə idarəetməsi
-Mühasibat
-Marketinq
-Beynəlxalq ticarət və logistika

 

III İXTİSAS QRUPU ÜZRƏ


-Tərcümə (ingilis, alman, fransız, çin)
-Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
-Filologiya (İngilis dili və ədəbiyyatı)
-Politologiya
-Tarix
-Fəlsəfə
-Sosial iş

 

IV İXTİSAS QRUPU ÜZRƏ


-Biologiya
-Psixologiya
-Su bioehtiyatları və akvakultura
-Ekologiya

 

V İXTİSAS QRUPU ÜZRƏ

-Dizayn

Daha ətraflı:
//wcu.edu.az/az/undergraduate

 

---

NİYƏ QƏRBİ KASPİ UNİVERSİTETİ?

-Xaricdə təhsil imkanları
- İngilis dilində təhsil və iki diplom almaq imkanı
- Dövlət sifarişi əsasında təhsil almaq imkanı
- Münasib təhsil haqları
-Xarici dilləri mükəmməl səviyyədə mənimsəmək imkanı
- Müasir və unikal laboratoriyalar
- Ən son nəşrlərlə zəngin kitabxana
- Aparıcı dövlət qurumlarında və özəl şirkətlərdə təcrübə və işədüzəlmə imkanları
- Mübadilə proqramları: Mövlanə və Erasmus
- Startup layihələri
- Xaricdə yay məktəbləri

 

------------

GÜZƏŞTLƏR VƏ TƏQAÜDLƏR

 

Qərbi Kaspi Universitetində tələbələrin dövlət sifarişli və ödənişli əsaslarla təhsil almaq imkanı var. Qəbul imtahanlarında yüksək nəticə əldə edib, dövlət sifarişi ilə qəbul ola bilməyən abituriyentlərə təhsil haqqında güzəştlər nəzərdə tutulur:

 

1) 601-700 arası bal toplayan tələbələr - 4 il ərzində ödənişsiz təhsil

2) 551-600 arası bal toplayanlar - 70 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

3) 501-550 arası bal toplayanlar - 50 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

4) 451-500 arası bal toplayanlar - 30 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

5) 380-450 arası bal toplayan tələbələr- 20 faiz güzəşt

  • I tədris ilindən sonra hər semestrin sonunda imtahan nəticələri üzrə orta balı 81-dən aşağı olmayan tələbələrin güzəştləri davam edəcək. Bu güzəşt 2, 3 və 4 – cü bəndlərə şamil olunur.

Yüksək bal toplayan tələbələr üçün nəzərdə tutulan təqaüdlər:

 

1) 450-500 arası bal toplayan tələbələr - 50 manat

2) 501-550 arası bal toplayanlar - 80 manat

3) 551-600 arası bal toplayanlar - 100 manat

4) 601-650 arası bal toplayanlar - 150 manat

5) 651-700 arası bal toplayanlar - 200 manat

 

  • Təqaüdlər hər semestrin sonunda imtahan nəticələri əsasında Universitetin daxili təqaüd proqramı üzrə yenidən hesablanacaq. Bu eyni zamanda dövlət sifarişi ilə təhsil alan lakin orta müvəffəqiyyət göstəricilərinə görə təqaüdə düşməyən tələbələrə də tətbiq olunacaq.
  • İxtisas seçimində Qərbi Kaspi Universitetini ilk sırada qeyd edən abituriyentlər I tədris ilinin təhsil haqqından 10 faiz güzəşt əldə edəcəklər.

Flex proqramı iştirakçıları üçün nəzərdə tutulmuş güzəştlər:

 

1) Flex proqramı qalibləri üçün bütün təhsil müddəti ərzində ödənişsiz təhsil (bakalavr dərəcəsi)

2) Qəbul imtahanlarından yüksək bal toplayan abituriyentlər birinci tədris ilində aşağıdakı qaydada təqaüd alacaqlar:

  1. 400 bal və yuxarı - 75 azn
  2. 500 bal və yuxarı - 110 azn
  3. 600 bal və yuxarı - 200 azn
  4. Növbəti tədris illərində təqaüdün məbləği universitetin daxili təqaüd proqramına əsasən müəyyən edilir.
  5. Flex proqramı iştirakçıları üçün nəzərdə tutulmuş güzəştlər eyni qaydada digər universitetlərdən Qərbi Kaspi Universitetinə köçürülən Flex proqramı iştirakçılarına da şamil olunacaq.

Mühəndislik ixtisaslarına qəbul olunmuş tələbələr və Flex proqramı yarım finalçıları üçün nəzərdə tutulmuş güzəştlər:

 

1) 681-700 arası bal toplayan tələbələr - 4 il ərzində ödənişsiz təhsil

 

2) 661-680 arası bal toplayanlar - 70 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

 

3) 581-660 arası bal toplayanlar - 50 faiz güzəşt (ingilis dili upper-intermediate səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

 

4) 531-580 arası bal toplayanlar - 30 faiz güzəşt (ingilis dili intermediate səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

 

5) 450-530 arası bal toplayan tələbələr- 20 faiz güzəşt

 

Qeyd:

 

1) İxtisas seçimində Qərbi Kaspi Universitetinin ilk sırada qeyd edilməsinə görə tətbiq olunan 10 faiz güzəşt cari tədris ili üçün nəzərdə tutulur (birinci tədris ili).

 

2) IELTS imtahanı üzrə 7.0 bal və TOEFL imtahanı üzrə 94-101 bal toplayan tələbələr 4 il ərzində 15 faiz güzəştdən faydalana biləcəklər. (sertifikatın alınma tarixi 2 ildən çox olmamalıdır)

 

3) Əgər tələbə bir neçə kriteriya üzrə güzəştə düşərsə, bu halda ən yüksək güzəşt faizi tətbiq ediləcəkdir.

 

4) Flex proqramı finalçıları, yarım finalçıları və ingilis dili səviyyəsinə görə güzəştlərdən yararlanmaq istəyən abituriyentlər universitetdaxili dil səviyyəsini təsdiq edən imtahanlarda iştirak etməlidirlər.

 

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31
Telefon: +994 12 492 74 18
E-poçt: [email protected]

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi